Bu günün koronavirus statistikası - Yoluxanların da, ölənlərin də sayı azaldı
15:39 / 17.03.2021
2824
Azərbaycanda bu gün koronavirus infeksiyasına 840 yeni yoluxma faktı qeydə alınıb, 268 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 9 nəfər "COVID-19”dan vəfat edib.