“Bu günədək “Tarqovı”da fahişəliklə bağlı saxlanılan olmayıb”

“Bu günədək “Tarqovı”da fahişəliklə bağlı saxlanılan olmayıb”

Son günlər sosial şəbəkələrdə ərəb turistlərin Bakının mərkəzində, "Tarqovı”da azərbaycanlı qadınların fahişəlik  xidməti göstərməsi üçün yolun ortasında aşkar formada qiymət danışması, ərəblərin tanımadığı qızlara yaxınlaşıb cinsi əlaqədə olmaq və qarşılığında pul ödəniş etmək təklifi müzakirələrə səbəb olub. Vətəndaşlar polisin bu hala müdaxilə etmədiyini və bu prosesin nəzarətsiz qaldığını qeyd ediblər.

Bakı şəhər BPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə və mətbuatda ərəb turistlərin yerli qadınlarla ödəniş müqabilində intim münasibət qurmaq üçün açıq sövdələşmələrə girməsi haqda yayılan məlumatlarla bağlı ərazi polis orqanında müvafiq araşdırma aparılır. Ərazidə ictimai qaydanın, paytaxt sakinlərini və turistləri narahat edən, yaxud sosial şəbəkələrdə tirajlanan iddialarla bağlı məsələlər diqqətdə saxlanılır. 

"Bu günədək həmin ərazidən fahişəlik, insan alveri ilə bağlı saxlanılan olmayıb. Çünki bu hallarla bağlı polisə şikayət daxil olmayıb. Amma ərazi fasiləsiz nəzarətdədir və polis əməkdaşları həmin ərazilərdə xidmət aparır. 

İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquq-pozmalara qarşı əməliyyat-profilaktik, profilaktik-maarifləndimə tədbirləri tərəfimizdən davam etdirilir”, - deyə E. Hacıyev söyləyib.

OXŞAR XƏBƏRLƏR

“Qəhrəman övladlarımız, qollarınıza qüvvət!” - Deputatdan döyüşlərə reaksiya

  "Müdafiə Nazirliyimizin verdiyi rəsmi məlumata görə, işğalçı Ermənistan Tovuz rayonu istiqamətindən təxribat törədərək ağır artilleriyadan mövqelərimizi...

DİQQƏT! İyulun 18-dək… – XƏBƏRDARLIQ

 Ötən gün ərzində ölkə ərazisində yağan yağışlar nəticəsində Kiçik Qafqaz dağlarından axan Zəyəmçay, Kürəkçay və Dəstəfürçay çaylarında  sululuğun art...

Azərbaycanda daha 520 nəfərdə koronavirus aşkarlanıb, 8 nəfər vəfat edib

 Azərbaycanda COVID-19-a daha 520 yeni yoluxma qeydə alınıb, 486 nəfər sağalıb, 8 nəfər vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabin...

Bakıda yol nəqliyyat hadisələrində ölənlərin sayını azaldan səbəblər hansılardır?

 Bakıda yol nəqliyyat hadisələrində ölənlərin sayını azaldan səbəblər hansılardır? Azərbaycanda 2018-ci illə müqayisədə 2019-cu ildə yol nəqliyyat ha...

SON DƏQİQƏ! Daha bir vəzifəli şəxs koronavirusa yoluxdu

 İmişli Rayon Mərkəzi Poçt Şöbəsinin rəisi Adəm Səfərov koronavirusa yoluxub. Sfera.az xəbər verir ki, onun COVID-19 testinin nəticəsi müsbət olub. ...

“Kontakt Home” marketinq meneceri axtarır

 "Kontakt Home”nin marketinq komandası böyüyür.   Sfera.az xəbər verirki, şirkət böyük, peşəkar, mehriban şirkətə marketinq layihələri üzr...