Bu gündən Azərbaycanda övladlığagötürmə bu qurum tərəfindən həyata keçiriləcək

Bu gündən Azərbaycanda övladlığagötürmə bu qurum tərəfindən həyata keçiriləcək

Noyabrın 1-dən Azərbaycanda övladlığagötürmə tam şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək. 

Sfera.az  APA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanında dəyişiklik edilməsi ilə bağlı bu ilin iyunun 3-də imzaladığı fərmanda nəzərdə tutulub.

Dəyişikliyə əsasən, 2019-cu il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun, həmçinin övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılmasını təmin etmək məqsədilə Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminin yaradılmasını və fəaliyyətə başlamasını təmin etməlidir.

Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi noyabrın 1-dən övladlığagötürmə sahəsində dövlət siyasətini və tənzimləməni, o cümlədən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunun elektron qaydada aparılmasını, övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq verilməsini və həmin şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanın müəyyənləşdirilməsini, habelə övladlığagötürmənin ləğvinin tələb edilməsini, övladlığagötürmə sahəsində vahid nəzarəti, eləcə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərini həyata keçirəcək.

OXŞAR XƏBƏRLƏR

ŞAD XƏBƏR! Azərbaycanın bu bölgəsində koronavirus bitdi

 Ölkə üzrə koronavirusa yoluxma faktlarının böyük hissəsi (55,1%) yenə də Bakının payına düşür. Sfera.az xəbər verir ki, bu barədə statistika TƏBİB-in koro...

Prezident bu qanuna dəyişiklik etdi

  Prezident İlham Əliyev "Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Sfera.az xəbər verir ki, qanuna dəyişiklik ədalət mühakiməs...

Sabaha olan hava proqnozu

  8 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasınd...

Paytaxtda olan kəskin qoxunun səbəbi məlum oldu – RƏSMİ

  Ötən gün axşam saatlarında Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər N...

Koronavirus Azərbaycanın hansı bölgəsində daha çox yayılıb? - STATİSTİKA

  Azərbaycanda COVID-19-a yoluxma hallarının rayon və şəhərlər üzrə yeni statistikası açıqlanıb. Sfera.az xəbər verir ki, yoluxmanın 55,1 %-i Bakının pay...

Təşkilat sədri: “Azərbaycan Ordusunun təlimləri düşmənin narahatlığına səbəb olur”

  "Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox yüksək səviyyədə baş tutub və uğurla yekunlaşıb”.   Bunu "MediaP...