No Image
No Image

Bu gündən Azərbaycanda "Sputnik V” vaksininin tətbiqinə başlanılır

Bu gündən Azərbaycanda
Bu gündən etibarən Azərbaycan vətəndaşları yeni koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə Rusiya istehsalı olan "Sputnik V” vaksinindən də istifadə edə biləcəklər.

Sfera.az-ın məlumatına görə, vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanılır.

Yaşı 18-dən yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

Martın 11-də Azərbaycanın baş naziri Əli Əsədov 300 000 doza "Sputnik V” dərman vasitəsinin Rusiyadan respublikamıza idxalı ilə bağlı sərəncam imzalayıb. Bundan sonra Azərbaycanın Səhiyyə Nazirliyi Rusiyanın peyvəndini istifadə üçün təsdiq edib.

"Sputnik V” vaksinləri Azərbaycana mayın 2-də gətirilib.

Qeyd edək ki, vaksin 65 ölkə tərəfindən tanınıb.


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Koronaya yoluxanların sayı kəskin azaldı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 462 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər veri...

Bu şəxslər açıq havada da maska taxmalıdır - XƏBƏRDARLIQ

"Pandemiya zamanı sərt karantin rejiminin yumşaldılması həm əhalinin məsuliyyətinin artması, maskadan daha çox insanın düzgün istifadə etməsi, təhsil müəssisələ...

Koronavirusa yoluxma sayı açıqlandı, 11 nəfər vəfat etdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 406 yeni yoluxma faktı qeydə alınıb, 769 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Opera...

Saxta peyvənd arayışı satanları hansı cəza gözləyir? - Açıqlama

Ötən gün Gəncə Hava Limanında Gəncə- Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin COVID-19-la əlaqəli təqdim etdiyi tibbi arayışlar saxta...

Yoluxma sayı kəskin azaldı, 12 nəfər öldü

 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 1170 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanınd...

Yoluxma azaldı, ölənlərin sayı 10-a düşdü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 432 yeni yoluxma faktı qeydə alınıb, 1024 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.   Sfera.az xəbər...