No Image
No Image
No Image

Bu gündən Azərbaycanda hərbi vəziyyətdir

Bu gündən Azərbaycanda hərbi vəziyyətdir
Bu gündən etibarən Azərbaycanda hərbi vəziyyət elan olunub.

Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərmanı imzalayıb. 

Fərmana əsasən, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilib.

Hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə "Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçiriləcək.

Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq ediləcək.

Komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilib. Xüsusi giriş-çıxış rejimi tətbiq edilib, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinə komendant saatının tətbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlər vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar daxilində və Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tətbiq edilir.

Xarici İşlər Nazirliyinə "Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsindən irəli gələn vəzifələrin həyata keçirilməsini təmin etmək tapşırılıb.

OXŞAR XƏBƏRLƏR

Bayrağımız Zəngilanda dalğalanır - VİDEO

Bu gün Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində işğaldan azad olunan ərazilər arasında Zəngilan şəhərinin də olduğunu açıqlayıb. Sfera.az xəbər ve...

Bu kəndlər də azad edildi - SİYAHI

Daha bir neçə kənd azad edilib.   Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib. Füzuli rayonu k...

Fərhad Əhmədov Minsk Qrupu və Lavrovla bağlı məsələlərə AYDINLIQ GƏTİRDİ

Sfera.az sabiq senator, iş adamı, xeyriyyəçi Fərhad Əhmədovun yazısını təqdim edir. Dağlıq Qarabağın Azərbaycan olması barədə sadə həqiqət bu günlərdə ö...

“Gözüm vətənə qurban” – Gəncə qətliamında görmə qabiliyyətini itirən xanımdan ÜRƏKDAĞLAYAN SÖZLƏR

"O təkcə öz dünyasının deyil, həm də balalarının görən gözü idi". Sfera az xəbər verir ki, bunu aparıcı Hacı Nuran "İnstagram” hesabında Gəncə qətliamın...

“Qubadlıdakı strateji hədəf nəzarətə götürüldükdən sonra məsələ bitir” – Şahin Cəfərli

"Həmsədr ölkələr hələ də baza prinsiplərindən danışır. Belə çıxır ki, cəbhədəki real vəziyyətdən xəbərləri yoxdur. Ya da xəbərləri var, sadəcə, missiyalarının...

“Laçın koridorunu bağlayıb, düşmənin nəfəsini kəsəcəyik” - Polkovnik

"Xudafərin körpüsünün işğaldan azad edilməsi Qubadlı istiqamətində irəliləyişlərdə üstünlük qazanmağımız deməkdir". Sfera.az xəbər verir ki, bunu ehtiyyat...