Bu gündən avqustun 3-dək daha bir məhdudiyyət tətbiq ediləcək

Bu gündən avqustun 3-dək daha bir məhdudiyyət tətbiq ediləcək
 

Xüsusi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi BakıCəlilabadGəncəMasallıMingəçevirSumqayıtYevlax şəhərlərində və Abşeron, BərdəGoranboyGöygölXaçmazSiyəzən və Şəki rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub.

Bununla əlaqədar bu gün saat 00:00-dan 3 avqust saat 06:00-dək qeyd olunan ərazilərdə ictimai nəqliyyat işləməyəcək.

Bundan əvvəl xüsusi karantin rejiminin sərtləşdirildiyi ərazilərdə 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək, 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək, 18 iyul saat 00.00-dan 20 iyul saat 06.00-dək və 25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək ictimai nəqliyyat işləməyib.

Qeyd edək ki, xüsusi karantin rejimi ilə əlaqədar Bakı metrosunun fəaliyyəti də dayandırılıb.


OXŞAR XƏBƏRLƏR

Korona ya payızda bitəcək, ya da... - Professor

 Son günlər sosial şəbəkələrdə yoluxma sayının sağalanların sayından 2 dəfə az olmasına baxmayaraq, karantin rejiminin ləğv edilməməsindən şikayət edirlər....

Baş nazirdən kafe və restoranlarla bağlı QƏRAR

 Nazirlər Kabineti "Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə”...

Prezident Məcəlləyə dəyişikliyi təsdiqlədi - Cərimələr artırıldı

  Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib. Sfera.az xəbər verir ki, dəyişikliklə Məcəlləyə yeni 370-2 maddəsi əl...

Azərbaycanda daha 84 nəfər koronavirusa yoluxdu, 214 nəfər sağaldı

 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. ...

Bu şəhər və rayon üzrə pensiyalar ödənilib

 Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar artıq ödənilib. Sfera.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətl...

"Gələn həftə rayonlara gediş-gəliş və beynəlxalq uçuşlar bərpa oluna bilər" - AÇIQLAMA

  Hazırda 13 şəhər və rayonda sərt karantin rejimi tədbiq edilir. Son həftələr yoluxmaların sayı xeyli aşağı düşüb. Belə ki, avqustun 9-da 87 nəfər korona...