"Bu gün şəhid məzarlıqlarına başıuca gedirik"

Könül İsmayılova: "Şəhid ailələrinə, qazilərə münasibətdə xüsusi yanaşma olmalıdır"

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 27 sentyabr Azərbaycan Respublikasında Anım Günü olaraq təsis edilib.
 
 
Sfera.az  xəbər verir ki, bununla bağlı siyasi, ictimai təşkilatlar, o cümlədən bütün Azərbaycan xalqı istər paytaxt Bakıda, istər rayon və kəndlərdə anım tədbirləri təşkil etdilər, şəhidlərin məzarlarını ziyarət etdilər.
 
 
Müasir Müsavat Partiyasının (MMP) sədr müavini Könül İsmayılova və rayon təşkilat sədrləri Anım Günü ilə bağlı II Fəxr xiyabanda ziyarətdə olublar.
 
 
Təəsüratlarını bölüşən xanım siyasətçi bildirib ki, bu gün istər Şəhidlər Xiyabanına, istər ikinci Fəxri Xiyabana, istərsə də şəhidlərin uyuduqları digər məzarlıqlara axın edən insanlar qürurlu, başıdik idi:
 
 
"Düzdür, şəhid verdik, amma bu şəhidlər başımızı, əyilmiş qəddimizi düzəltdi. İndi şəhidlərimizi qalib kimi ziyarət edirik. Şəhid vermədən qalib olmaq olmur. Bu qalibiyyətə görə şəhidlərimizə, bütün qazilərimizə borcluyuq. Onlar öz borclarını qanları, canları bahasına verdilər. İndi isə biz çalışmalıyıq ki, o müqəddəs ruhların qarşısında borclu qalmayaq. Şəhid ailələri və qazilər dövlət qayğısını hər zaman hiss etməlidir. Bunun üçün ilk növbədə məmurlarımız səy göstərməlidir. Onlar bu həssas insanların problemlərinə laqeyd yanaşdıqca, kabinetlərinin qapısını üzlərinə bağladıqca dövlətə qarşı kin yaranacaq. Nəyə görə məsəlçün lap elə Müasir Müsavat Partiyasına şikayət gəlməlidir ki, filan məmur bizi dinləmək istəmir, problemimizə göz yumur? Cənab Prezident dəfələrlə çıxışlarında vurğulayır ki, məmur xalqın xidmətçisi olmalıdır. Yaxşı olardı ki, bizim məmurlar öz vəzifələrini icra edərkən bunu nəzərə alsınlar. Ən azından şəhid ailələrinə, qazilərə münasibətdə xüsusi yanaşma olmalıdır".
 
 
K.İsmayılova qeyd edib ki, MMP-nin rayon təşkilatları da olduqları ərazilərdə şəhidlərin məzarını ziyarət ediblər:
 
 
"Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Onların ailələrinə əbədi olaraq borcluyuq. Qazilərimizə, yaralı əsgərlərimizə minnətdarlığımız böyükdür. Allah onları qorusun".
 
(versus)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Millət vəkili müharibə iştirakçıları ilə görüşdü - FOTO

44 günlük Vətən Müharibəsinə dairəmizdən 158 sakinimiz yollanıb. 4 şəhidimiz var. Allah onlara rəhmət etsin! Evlərinə sağ-salamat dönən müharibə iştirakçıları v...

İsmayıllıda şəhid bulağının açılışı oldu - FOTO

Bu gün Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Emin Ağazadənin anım günündə adını daşıyan bulağın açılışı olub. Sfera.az xəb...

Düşmən Şuşa ətrafına ağır TEXNİKA yığır? - FOTOLAR

10 noyabr üçtərəfli birgə bəyanatından sonra Qarabağdan çıxmalı olan erməni terror qrupları nəinki ərazidən çıxmaq istəyir, həm də onlar məskunlaşdğı Azərbaycan...

Xüsusi təyinatlılarımız Türkiyədəki təlimi başa vurdu - FOTOLAR

Azərbaycan Ordusunun Türkiyəyə təlimə göndərilən 383 xüsusi təyinatlısı kursu uğurla başa çatdırıb. Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdaf...

MN: "Kəlbəcər və Laçında 580 km-dən çox torpaq örtüklü yollar inşa edilib"

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nə...

Vətən Müharibəsi şəhidlərinin anım günləri Nərimanov rayonunda qeyd edildi - FOTOLAR

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Mü...