Bu gün Operativ Qərargahın brifinqi olacaq
10:21 / 19.03.2021
1793
Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçiriləcək.
Sfera.az xəbər verir ki, brifinq saat 16:00-a təyin edilib.
Xatırladaq ki, dünən Milli Hematologiya və Transfuziologiya Mərkəzi Azərbaycanda 3 nəfərdə koronavirusun "Britaniya ştammı"nın aşkarlandığını açıqlayıb. Bugünkü brifinqdə sabahdan başlayacaq tətil günləri ilə bağlı qərarın veriləcəyi gözlənilir.