Bu gün NİYYƏT GECƏSİDİR - Bunlara MÜTLƏQ əməl edin

Bu gün NİYYƏT GECƏSİDİR - Bunlara MÜTLƏQ əməl edin
Bu gün müqəddəs Ramazan ayının ilk gecəsi - niyyət gecəsidir.

Gecənin əvvəlindən sübh azanına qədər istənilən vaxt niyyət etməklə, hər bir müsəlman Ramazan ayına başlamış olur.

Maraqlıdır, niyyət gecəsi nə etməliyik?

İlahiyyatçı Hacı Surxay Məmmədli Redaktor.az-a açıqlamasında bildirib ki, niyyət edərkən xüsusi qaydalara ehtiyac olmur:

"Ramazan ayı boyunca hər insan gündəlik niyyət etsə, daha gözəldir. Niyyət edərkən "Allaha xatir, Ramazan ayının sabahkı gününün orucunu tuturam qürbətən iləllah”,- demək lazımdır. Bu  sözləri hər  gün demək də olar  və ya 1 ay  ərzində niyyət etmək də mümkündür. Niyyətin sözlərini öz dilimizdə söyləyə bilərik”.

İlahiyyatçı bildirib ki,  niyyət gecəsi ilə bağlı xüsusi dualar yoxdur:

"Niyyət gecəsində hər bir insan öz qəlbinin dilində dua edə bilər. Ramazan ayında isə hər günün özünün xüsusi duaları olur”.

Qeyd edək ki, bu il Ramazan ayının niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə təsadüf edir.
 
redaktor.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ olub. Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkə...

Bu məhsulları yesəniz dişlərinizi kariyesdən qoruyacaqsız

Pendir və digər süd məhsullarını çeynəyərkən, onlar tüpürcək istehsalını stimullaşdırır, bu da öz növbəsində dişlərdəki turşunu zərərsizləşdirə və çürüklərin qa...

Rusiyalı qadın 12 barmağı olan üçüncü uşağını dünyaya gətirdi

Rusiyada Ufa şəhərindəki Perinatal Mərkəzin həkimləri qeyri-adi irsiyyətli bir xəstə uşağın doğumunda iştirak ediblər. Sfera.az xəbər verir ki, bu barədə t...

Mənzərəli şəkil istəyən qız vulkanın içinə düşdü

İndoneziyada tətildə mənzərə fonunda qəşəng şəkil çəkdirmək cəhdi əsl faciəyə çevrilib. Çindən olan turist Huang Lihong həyat yoldaşı Zhang Yonqla birlikdə şəki...

Türkiyədə yenə zəlzələ oldu

Türkiyənin Antalya şəhərində 3,9 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.   Qeyd edilib ki,...

Ödənişli yolda baş verən qəzada yaralıların sayı 6-ya çatıb, 4-ü Rusiya vətəndaşıdır

Xəbər verdiyimiz kimi Bakı-Quba-Rusiya ödənişli yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib. Sfera.az xəbər verir ki, qəzada...