Bu gün nə qədər tələbə dərsə başlayıb?

Bu gün nə qədər tələbə dərsə başlayıb?
Bu gündən ali, orta ixtisas və peşə təhsili müəssisələrində də əyani tədrisə start verilib. 2021-2022-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat pilləsi üzrə 171 820 nəfər, magistratura pilləsi üzrə 16 920 nəfər, orta ixtisas təhsil müəssisələrində 57 693 nəfər tələbənin təhsil alacağı proqnozlaşdırılır.

Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə də 29 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlanılıb. Bu gün qeyd edilən siniflər üzrə proqnoz göstəricilərinə əsasən, 968 230 şagird ənənəvi tədrisə başlayıb. İlk dərslər "Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

Qeyd edək ki, cari tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagird təhsil alacaq. Təhsil müəssisələrində 2021-2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı əsasında sanitar-epidemioloji vəziyyətə uyğun həyata keçiriləcək.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Təhsil naziri Naxçıvana getdi - FOTOLAR

Oktyabrın 27-də təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib. Bu barədə Sfera.az-a Təhsil N...

Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə əməkdaşlıq gücləndirilir -FOTOLAR

"İslahatçı Gənclər” İctimai Birliyi(İGİB) Ukraynanın Kiyev şəhərinə səfəri çərçivəsində Beynəlxalq Regionlararası Heyətin İdarəedilməsi Akademiyasını(MAUP) ziya...

Bu gün nə qədər tələbə dərsə başlayıb?

Bu gündən ali, orta ixtisas və peşə təhsili müəssisələrində də əyani tədrisə start verilib. 2021-2022-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat pi...

Prezident və xanımı liseyin AÇILIŞINDA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 21-də paytaxtdakı Ağ Şəhərdə Bakı Avropa Liseyi üçün inşa edilən...

Müəllim olmaq istəyən iki nəfər ən yüksək bal topladı - FOTO

İyulun 15-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində təsviri incəsənət fənni üzrə müəllim olmaq istəyən namizədlər üçün imtahan keçir...

Pedaqoji unverisitetə prorektor təyin edildi - FOTOLAR

ADPU-ya Strateji inkişaf məsələləri üzrə yeni prorektor təyin edilib.   Sfera.az xəbər verir ki, Təhsil naziri Emin Əmrullayevin iyun ayının 25-də im...