Bu gün koronavirusa yoluxma sayının az olmasına səbəb nədir? - TƏBİB AÇIQLADI

Bu gün koronavirusa yoluxma sayının az olmasına səbəb nədir? - TƏBİB AÇIQLADI
 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) gündəlik test və yoluxma sayının az olmasının səbəbini açıqlayıb.

TƏBİB-dən Sfera.az-a verilən məlumata görə, həftənin bazar günləri növbəlilik prinsipi ilə koronavirus testi həyata keçirilən laboratoriyalarda profilaktik dezinfeksiya işləri həyata keçirildiyindən, həmin günlərdə test sayı aşağı olur və ona mütənasib olaraq, yoluxma saylarında azalma müşahidə edilir: "Sabahdan etibarən karantin rejiminin daha da yumşaldılacağı səbəbindən, bir daha vətəndaşlarımızı sanitar-epidemioloji qaydalara riayət etməyə çağırırıq".
 
Xatırladaq ki, bu gün 3936 test edilib.


OXŞAR XƏBƏRLƏR