Bu gün “Keşlə” “Sabah”la, “Səbail” “Qarabağ”la üz-üzə gələcək

Bu gün “Keşlə” “Sabah”la, “Səbail” “Qarabağ”la üz-üzə gələcək
 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.

Sfera.az bildirir ki, "ASK Arena”da keçiriləcək "Keşlə” – "Sabah” oyunu saat 14:00-da başlayacaq.

"ASCO Arena”da baş tutacaq "Səbail” - "Qarabağ” qarşılaşması isə saat 16:00-da start götürəcək. 

Qeyd edək ki, XI tura noyabrın 30-da keçiriləcək "Sumqayıt" - "Qəbələ" matçı ilə yekun vurulacaq. İlk oyun günündə "Neftçi" evdə "Zirə" ilə qolsuz heç-heçə edib.

OXŞAR XƏBƏRLƏR