Bu gün icaze.e-gov.az portalında bir çox icazələr ləğv edilib

Bu gün icaze.e-gov.az portalında bir çox icazələr ləğv edilib
 "Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir”.

Bu barədə Sfera.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

"Öncədən bir neçə dəfə xəbərdarlıq edildiyi kimi icaze.e-gov.az sistemi vasitəsi ilə müvafiq Qərara uyğun olmayan icazələrin bir hissəsinin portalda ləğvi həyata keçirilib. Bekə ki, Nazirlər Kabinetinin müvafiq Qərarında faəliyyətinə icazə verilən sahələr arasında olmayan və İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunmuş qurumların icazəsi ləğv edilib. Həmin qurumlar, həmçinin sistemə yeni icazə daxil edə bilməz.

Bir daha fəaliyyətinə icazə verilən sahələrdən xahiş olunur ki, icaze.e-gov.az portalına daxil olmaqla onlara aid məlumatların müvafiq Qərara uyğun tənzimləməsini həyata keçirsinlər. Çünki sistemdə nəzərdə tutulan həddi aşan icazələrin ləğvi davam edəcək.

İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallarla bağlı hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilər”-deyə, məlumatda qeyd olunub.

OXŞAR XƏBƏRLƏR

Rayonlara gediş-gəliş QAYDALARI DƏYİŞDİ: Bu gündən ETİBARƏN...

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə ...

Azərbaycanda bu qadağa ləğv edildi

Sərt karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin fəaliyyətinə bu gündən icazə ve...

400 minlik toyu ilə gündəmə gələn Aysel boşanmağından danışdı

400 min manatlıq toy etməsi ilə gündəmə gələn Aysel Şükürova həyat yoldaşı Oqtay Əhmədovdan boşanması barədə danışıb. Sfera.az xəbər verir ki, Aysel Şükürova "...

Zakir Həsənov da generalla bağlı başsağlığı verdi

 Müdafiə Nazirliyi general Çingiz Məmmədovun vəfatı ilə bağlı nekroloq yayıb. Sfera.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bağsağlığında de...

Azərbaycanda COVID-19-a daha 87 nəfər yoluxdu, 2 nəfər vəfat etdi

 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 308 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. ...

Sabahın havası açıqlandı

 Azərbaycanda avqustun 10-na olan hava proqnozu açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, şimal-qərb kü...