Bu gün həbs olunan “klublar kralı” kimdir? - FOTO

Bu gün həbs olunan “klublar kralı” kimdir? - FOTO
Xəbər verdiyimiz kimi, bu gün Bakının Nərimanov rayonunda yerləşən "İnfiniti” və "Extra” gecə klublarında epidemiya əleyhinə və karantin rejimlərinin pozulması ilə əlaqədar sözügedən obyektlərin rəhbərləri həbs olunub. Bunlar "İnfiniti” gecə klubunun rəhbərliyi – Samiq Babayev, Jamal Nasser və "Extra” gecə klubunun rəhbərliyi Dilsuz Dəmirçiyev, Əmrah Yusifovdur.

Sfera.az-ın məlumatına görə, həbs olunanların arasında yer alan "Extra” gecə klubuna rəhbərlik edən Dilsuz Dəmirçiyev digərlərindən fərqli olaraq daha tanış simadır.

Gecə klublarının kralı kimi tanınan Dilsuz Dəmirçiyev müəyyən vaxtlarda paytaxtda "Ellips”, "Otto”, "Süfrə”, "Status” "Malibu” kimi məşhur gecə klublarını çalışdırıb.

2018-ci ildə isə həbs olunub. Buna səbəb iranlı şərikini döyməsi olub. Belə ki, üç il öncə adıçəkilən şəxslə bağlı şəriki Razlighi Vakilini qanunsuz azadlıqdan məhrum etməsi və döyərək az ağır bədən xəsarəti yetirməsinə şübhələr olduğundan faktla əlaqədar Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.

O, Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.2.5 (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, son hadisə, yəni iki gecə klubunda karantin qaydalarının ciddi şəkildə pozulması daha böyük rezonans doğurub. Bu səbəbdən Nərimanov rayon Polis İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Fərid Vəliyev tutduğu vəzifədən azad edilib. Bundan başqa, gecə klubunun yerləşdiyi əraziyə nəzarət edən Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəisi, polis polkovniki İltimas Yusifli də tutduğu vəzifədən kənarlaşdırılıb.

Rayon polis idarəsinin rəisi polkovnik Vaqif Müslümov isə hazırda məzuniyyətdədir. Onun vəzifələrini müvəqqəti olaraq rəisin birinci müavini Fərid Vəliyev icra edirdi.

Məlumata görə, işdən çıxarılan İltimas Yusifli sabiq daxili işlər naziri Ramil Usubovun qohumudur.

 
 
(Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...