Bu gün edam edilən Consonun son istəyi: Qamburger və milkşeyk
16:03 / 06.10.2021
1120
ABŞ-da 27 il əvvəl cinayət əməlinə görə həbs edilən Ernest Li Conson bu gün edam edilib.
Sfera.az bildirir ki, Bonne Terredəki Missouri əyalət həbsxanasında cəza çəkən Consonun son istəyi isə eşidənləri təəccübləndirib. Belə ki, məhkum ölmədən öncə qamburger və milkşeyk yemək istədiyini deyib. O, son naharını etdikdən sonra ABŞ saatı ilə 18:10-da edam edilib.
Qeyd edək ki, Ernest Li 1994-cü ildə Cənubi Karolina ştatının Kolumbiya qəsəbəsində soyğun zamanı üç mağaza çalışanını çəkiclə öldürmüşdü.
Türkan
Sfera.az