Bu gün DİM imtahanlar keçirir

Bu gün DİM imtahanlar keçirir
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün Mərkəzin A.Salamzadə 28 ünvanında yerləşən binasında, kompüterlər vasitəsilə dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı və aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının birinci mərhələsi keçirilir.

DİM-dən Sfera.az- a verilən məlumata görə, aqrar sığorta fəaliyyəti ilə bağlı imtahan saat 10-da, digər imtahan isə saat 11-də başlayıb. Hər iki imtahanın müddəti 3 saatdır.

İmtahanları DİM-in saytındakı keçid vasitəsilə canlı izləmək mümkündür (imtahan müddətində).

Qeyd edək ki, bu gün, həmçinin kağız daşıyıcılar vasitəsilə peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahanın I mərhələsi də keçirilir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 369 sinif distant təhsilə keçdi

Azərbaycanda koronavirus pandemiyasına görə distant təhsildə olan məktəb və siniflərin sayı açıqlanıb. Sfera.az-ın məlumatına görə, Təhsil Nazirliyindən A...

Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

"Yeni ştamma yoluxanlar əsas olaraq 20-30 yaş arası gənclər olur”Bakıda daha bir məktəb koronavirusa görə distant təhsilə keçib. Sfera.az xəbər verir ki, ...

Magistraturaya hazırlaşanlar üçün sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi dekabrın 26-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyən bakalavrlar üçün sınaq imtahanı keçiriləcək....

Azərbaycanda 12 mindən çox şagird koronavirusa yoluxub - RƏSMİ

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş şagird və təhsil işçilərinin sayı açıqlanıb.   Sfera.az bildirir ki, Təhsil Naz...

Artıq bu şəxslər də ödənişsiz təhsil ala biləcək – Ekspert

Növbəti tədris ilində dövlət sifarişi ilə təhsil alan tələbələrin sayının 17 % artırılaraq 110 min 834 nəfərə çatdırılması nəzərdə tutulur. Maraqlıdır,...

Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olunub

Bakının 79 və 185 nömrəli tam orta məktəblərində əyani dərslər bərpa edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sfera.az-a verilən məlumata görə, hər 2 m...