No Image
No Image

"Çalışırıq ki, bu ədalətsizliyi aradan qaldıraq" - Prezident vaksinlərin bölüşdürülməsindən DANIŞDI

"Sizinlə dəfələrlə görüşmüşdük, Bakıda siz dəfələrlə olmusunuz. Amma bu dəfə BMT Baş Assambleyasının prezidenti kimi səfər edirsiniz. Çox gözəl hadisədir. Şadam ki, Azərbaycana səfər edirsiniz. Bildirməliyəm, biz fəxr edirik ki, qardaş ölkənin nümayəndəsi BMT Baş Məclisinin prezidentidir. Bilirəm ki, COVID-ə baxmayaraq, 75-ci sessiya uğurla davam edir və burada sizin böyük səyləriniz vardır".

Sfera.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edərkən deyib.

"Eyni zamanda, bizə göstərdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm. Bilirsiniz ki, biz COVID-lə bağlı bir neçə təşəbbüslə çıxış etdik. Türk Şurasının Zirvə görüşünü, Qoşulmama Hərəkatının Zirvə görüşünü keçirdik və COVID-lə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə də nail olduq və sizin də böyük dəstəyiniz oldu. Hesab edirəm, ondan sonrakı hadisələr göstərdi ki, doğrudan da bu, indi gündəlikdə duran önəmli məsələlərdən biridir. Çünki vaksin millətçiliyi, vaksinlərin ədalətsiz bölüşdürülməsi bu gün artıq dünya gündəmini zəbt edən bir məsələdir. Azərbaycan ilk ölkələrdən idi ki, bu məsələni açıb qaldırdı. Bu gün biz çalışırıq ki, bu ədalətsizliyi aradan qaldıraq. Eyni zamanda, COVID dönəmində biz 30-dan çox ölkəyə maddi və humanitar yardım göstərmişik və bu fəaliyyəti davam etdirmək əzmindəyik", - Prezident bildirib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezident səhiyyə işçilərini təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sfera.az-ın məlumatına görə, sər...

Kreml sözçüsündən Şuşa bəyannaməsinə sərt reaksiya: “NATO ölkələrinin Rusiya sərhədləri yaxınlığında...”

Kremlin sözçüsü Dmitri Peskov Türkiyə hərbi bazalarının Azərbaycanda qurula biləcəyi haqda xəbərləri diqqətlə izlədiklərini bildirib. Sfera.az xarici ...

"Rusiya XİN hansı hüquqla Qarabağ məsələsini xaricilərlə müzakirəyə çıxarır?" - ETİRAZ

"Rusiya Xarici İşlər Nazirliyi artıq Qarabağ problemi terminindən istifadə etməməli, beynəlxalq təşkilatlarla bu məsələnin müzakirəsinə son qoymalıdır”. ...

Türkiyə Prezidentinə “Zəfər” adlı Qarabağ atı hədiyyə edildi

Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” kompozisiyasının təqdimatı zamanı Türkiyə Respublikasının Prezide...

Əliyevlə Ərdoğanın Şuşadan dünyaya verəcəkləri mesaj – Nələr gözlənilir?

"İlham Əliyevin Ərdoğanı Bakıda yox, Qarabağda rəsmi mərasimlə qarşılamasının iki şifrəsi var. Birincisi, işğaldan azad edildikdən sonra Qarabağa ilk səfər ed...

Ərdoğanın Şuşaya səfər proqramı AÇIQLANDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycandakı səfər proqramı bəlli olub. Sfera.az TRT-yə istinadən xəbər verir ki, Bakıya gələn Ərdoğan buradan...