“Bu gün Azərbaycana qarşı hansısa dövlətlərdə layihələr planlaşdırıldığı barədə məlumatlar alıram”

“Bu gün Azərbaycana qarşı hansısa dövlətlərdə layihələr planlaşdırıldığı barədə məlumatlar alıram”
"Mən də burada durarkən çox ağır hisslər keçirirəm. Mənim babam Mədət Qulubəyli 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriy­yətinin polisində xəfiyyə işlə­yib. 20-ci ildə Azərbaycan Qızıl Ordu tərəfin­dən zəbt olunandan sonra, o, Azərbaycan milisində, SSRİ milisində çalışıb. Gəncənin, Xanla­rın, Samurun, Qasım İsmayılın rəisi olub və 1930-cu ilin noyabrın 28-də Gən­cədə o, saxlanılıb, Bakıya, bura gətirilir. Ola bilsin, onu mən indi bura­da durduğum və yaxud kimsənin durduğu yerdə onu orada qətlə yetiriblər, həyatını dəyişib”.
 
ONA-nın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi gene­ral-polkovnik Mədət Quliyev Dövlət Sərhəd Xidməti aparatının inzibati binasında "Siyasi qurbanların xatirəsi muzeyi”nin açılışında deyib.
 
 
O bildirib ki, 1988-1993-cü illərdə Azər­baycanda bu 30-40-cı illərin fəlakətləri təkrarlanıb: "Biz bura gələndə fikirləşə bilərdik ki, bu 30-cu illərdə, 40-cı illər oldu və tariximizdən silindi, daha belə rüsvayçılıq, belə biabır­çılıq, belə fəlakət olmaz. Amma reallıqda belə deyil. Heydər Əliyev bir neçə il ərzində Naxçıvan­da yaşadı. Paytaxtı biz Hey­dər Əliyevsiz gördük, o fəlakəti gördük, o böhranı gördük, hərc-mərcliyi gördük, biabır­çılığı gördük. Biz o günləri gördük ki, Azərbaycanda evinə çörək almaq is­təyən əlinə tapança alıb səhər saat 4-də, 5-də gedirdi, bir çörək alıb evinə gətirirdi. Belə bir zamanda artıq Azərbaycanda qardaş qırğını, müharibə başladı. Faktiki 4 iyun 1993-cü ildə Gəncədə, mən də bunun şahidi oldum və belə bir anda xalqımız, qədir bilən xalqımız meydanlara çıxıb bugünkü günün naminə meydanlardan Ulu Öndərin Azərbaycana qayıtmağını tələb etdilər, xahiş elədilər. Bəlkə də indi, o vaxtı hər cürətli adam, Azərbaycana gəlməzdi. Ar­tıq mən bu vəzifədən görürəm ki, onlar, o siyasi dəstələr də digər dövlətlərin xüsusi xidmət orqanları tərəfindən idarə olunan o qruplar idi və onların qabağında da məqsədlər qoyulmuşdu ki, 30-cu illər, 20-ci illər yenidən Azərbaycanda təkrar olmalı idi. Azərbaycan 4-5 yerə bölünməli idi və Azərbaycan tarixdən, xəritədən silinməli idi”.
 
DTX rəisi deyib ki, belə bir an Ulu Öndər öz ailəsinin də, özünün də canını təhlükə altına qoy­du, Azərbaycana qayıtdı və Azərbaycanı tərəqqi yoluna qoydu: "Bu gün ba­nisi olan, Heydər Əliyev tərəfindən yaradılmış dövlətdə biz yaşayırıq. Azər­bay­canı Almaniya, Fransa, İngiltərə ilə müqayisə edirik, belə də olmalıdır. Yəni biz ən inkişaf etmiş dövlətlərlə özümüzü müqayisə etməliyik, amma biz reallıq­da yerləşdiyimiz qonşu dövlətlərlə özümüzü müqayisə etməliyik, biz onlardan qat-qat üstünük. Azərbaycanın hər cürə təminatı və ən əsası da odur ki, bizim Ulu Öndər tərəfindən böyütdüyü, tərbiyə etdiyi, yaratdığı bir siyasətçi – möhtərəm prezi­dentimiz İlham Əliyev cənab­ları Azərbaycana müdrikliklə, peşəkar­lıqla rəhbərlik edir. Mən məlumatlar alıram, hər gün səhər–səhər mənə məruzələr olur, bu ki­mi layihələr Azər­bay­cana qarşı bu gün də hansısa otaqlarda, hansısa dövlətlərdə planlaşdırılır. Biz bunu heç bir vaxt yadımızdan çıxarmamalıyıq. Biz hamımız yaxşı bilirik ki, dövlət başçısı o sükanı düzgün saxlamasa, o farvater daşların arasından məharətlə keçilməsə, heç bir hüquq-mühafizə orqanı bacarmaz ki, əmin-amanlığı saxlasın, inkişafı saxlasın. Bunun hamısın­da biz həm Ulu Öndərə və bu gün də onun oğlu, sevimli, möhtərəm Prezi­dentimizə minnətdar olmalıyıq. Xalqımız bu gün bu gördüyümüz və yaşadığımız tarixin təkrar olun­maması üçün biz hamımız möhtərəm Prezidentimizin ətrafında sıx durmalı, öz vəzifə borcumuzu məharətlə və canımızdan da lazım olsa keçməyə hazır olmalıyıq, vəzifə borcumuzu yerinə yetirməliyik”.

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovla vida mərasimi BAŞA ÇATDI -YENİLƏNDİ

Əməkdar artıst Cavanşir Məmmədovla vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, mərasim mərhumun yaşadığı evdə baş tutub.   Vida m...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...