Bu gün aksiya keçirənlərlə bağlı DİN-dən açıqlama

Bu gün aksiya keçirənlərlə bağlı  DİN-dən açıqlama
Daxili İşlər Nazirliyi bu gün Bakıda aksiya keçirməyə cəhd edənlərlə bağlı açıqlama verib.

DİN Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, bu gün paytaxtın Nəsimi rayonunda bir qrup şəxs xüsusi karantin rejiminin tələblərinə zidd olaraq, eyni zamanda razılaşdırılmamış aksiya keçirməyə cəhd edib:

"Cəhdin qarşısı polis tərəfindən dərhal alınmaqla onlar ərazidən uzaqlaşdırılıb. Saxlanılan yoxdur”.


OXŞAR XƏBƏRLƏR