Bu gecə “Eurovision” yarımfinalı var – VİDEO

Bu gecə “Eurovision” yarımfinalı var – VİDEO

 

Bu gün İsveçin paytaxtı Stokholm şəhərində "Eurovision- 2016” Mahnı Müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.

Oxu.Az xəbər verir ki, Azərbaycanı bu gecə Səmra Rəhimli "Miracle” ("Möcüzə”) adlı mahnı ilə təmsil edəcək. Müğənni səhnəyə 14-cü çıxacaq.

Səhnədə S.Rəhimli ilə bərabər, 4 rəqqas və bir bek-vokalçı da olacaq.


İlk yarımfinalda Azərbaycanla yanaşı, həmçinin Finlandiya, Yunanıstan, Moldova, Macarıstan, Xorvatiya, Hollandiya, Ermənistan, San Marino, Rusiya, Çexiya, Kipr, Avstriya, Estoniya, Çernoqoriya, İslandiya, Bosniya və Herseqovina və Malta iştirakçıları da yarışacaq.


OXŞAR XƏBƏRLƏR