Bu gecə Bakının yollarına “Sarı zolaq” çəkiləcək - Siyahı

Bu gecə Bakının yollarına “Sarı zolaq” çəkiləcək - Siyahı

20-28 iyul tarixlərində Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində "Sarı zolağın” çəkilişi işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "Qafqazinfo”ya verilən məlumata görə, məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir. Bu çərçivədə 11 və 12 iyul tarixlərində axşam saat 22:00-dan səhər saatlarınadək Atatürk və Qara Qarayev prospektlərində xətlənmə işləri aparılacaq. Sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
 
"Sarı zolağın” çəkilişinə iyul ayının 8-dən start verilib və müəyyən edilən marşrut üzrə digər küçə və prospektlərdə artıq yekunlaşdırılıb. Zolağın çəkilişi ilə bərabər müvafiq nişanlanma işləri aparılır və yol nişanları quraşdırılır, həmçinin asfalt üzərində təyin edilən yerlərdə xüsusi boya ilə festivalın logosu da vurulur. Sadalanan işlərin iyul ayının 18-dək tam yekunlaşdırılması nəzərdə tutulub.
 
Qeyd edək ki, AYDA tərəfindən XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində işlərini davam etdirir.

 


OXŞAR XƏBƏRLƏR

Müdafiə Nazirliyindən daha bir - AÇIQLAMA

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub. Bu barədə AZXEBER.COM-a Azərbaycan Müdafiə Nazirli...

Afaq Bəşirqızı cəbhə bölgəsinin sakinlərinə — MÜRACİƏT ETDİ - EKSKLÜZİV VİDEO

"Elə bilməyin ki, biz burada sakitik və heç nədən xəbərimiz yoxdur. Hər şeyi izləyirik və xəbərimiz var”.   Bunu Xalq artisti Afaq Bəşirqızı "Ölk...

Şəhidlərimizdən birinin adı məlumdur - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək m...

“Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib” - Müdafiə Nazirliyi

Müdafiə Nazirliyinin Mətbuat Xidməti yeni açıqlama yayıb. Sfera.az xəbər verir ki, nazirliyin rəsmi sosial şəbəkə hesabında bildirilib:  "Azərb...

Tovuzda şəhidlərimiz izdihamla qarşılandı - VİDEO

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədil...

Şəhid olan daha bir hərbi qulluqçumuzun fotosu yayıldı-FOTO

Bu gün erməni təxribatı nəticəsində şəhid olan daha bir hərbi qulluqçumuzun fotosu yayılıb. Sfera.az BAKU.WS-ə istinadən verdiyi məlumata görə düşmə...