Bu futbolçu "Qarabağ"dan ayrılır

Bu futbolçu
 

Azərbaycan çempionu "Qarabağ”ın futbolçusu Simeon Slavçev Ağdam klubundan ayrılır.

Sfera.az saytının məlumatına görə, bolqarıstanlı yarımmüdafiəçi karyerasını vətənində davam etdirməyə yaxındır.

Bolqarıstan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki son oyununda iştirak üçün yığmanın düşərgəsinə yollanan S.Slavçev "Levski” klubu ilə anlaşıb. Onun artıq bu qış Sofiya təmsilçisinə keçəcəyi gözlənilir.
Qeyd edək ki, S.Slavçev ilyarımdır heyətində olduğu "Qarabağ”da 39 oyun keçirib, 2 qol vurub.(apasport.az)

OXŞAR XƏBƏRLƏR