\"Bu faizlər enəcək, xalqı əzdirməyəcəyik\" - Ərdoğan

\
"Fəlakətlərin qarşısını ala bilmərik, lakin dövlət olaraq, vətəndaşlarımızın şikayətlərini aradan qaldırmaq üçün iradə və imkanımız var”.
 
Sfera.az bildirir ki, bunu Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan İzmirdəki proqramları çərçivəsində Menemen Cümhuriyyət Meydanında baş tutan açılışda deyib. CHP-nin iqtidarda olduğu dövrlərdə bir gecəlik faizlərin yüzdə 7 min 500-lərə çatdığını ifadə edən Ərdoğan, "Bu ölkə işsizliyin hökm sürdüyü, kassaların baş nazirliyin qabağına atıldığı çətin günləri yaşamadımı? Yaşı 18-dən aşağı olanlar bunu bilməz. Bu ölkə onların dövründə bankların boşaldılaraq millətin cibindən oğurluq edildiyi xəyanətlər gördü. Biz belə bir Türkiyəni onlardan miras aldıq”, - deyə bildirib.

İqtidara gələn kimi Beynəlxalq Valyuta Fondunun qaydalarını kənara qoyub, 2013-cü ildə isə fonda olan borcları ödədiklərini vurğulayan Türkiyə prezidenti atılan hər addımın, qoyulan hər sərmayənin ölkəyə xidmət etməsi ilə yanaşı, Türkiyənin iqtisadi baxımdan öz imkan və qabiliyyətləri ilə yoluna davam etməsində önəmli rol oynadığını deyib.
 
Ərdoğan, həmçinin 23,5 milyard dollarlıq borcu bağlayaraq Beynəlxalq Valyuta Fondu ilə anlaşma etməyəcəklərini elan etdikdən sonra, başlarının bəladan qurtulmadığını qeyd edib:
 
"Boş dayanmırlar. Ölkəmizdəki mandat iqtisadiyyatı və mandat siyasətçiləri isə respublika tarixində ən böyük iqtisadi azadlıq mübarizəsinin əksini göstərməyə çalışırlar. İllərdir ölkəmizə tətbiq edilən pul və maliyyə siyasəti xalqımızı işsiz, şirkətlərimizi qazancsız, dövlətimizi gəlirsiz qoyduğunu gizlətmək istəyən bu mandatlar bütün gücləri ilə üstümüzə gəlirlər. Amma nə etsələr də, bizi istehsal, məşğulluq və cari balans proqramımızdan geri qaytara bilməyəcəklər”.

Faizləri aşağı salacaqlarının vurğulayan Ərdoğan, "Yüksək faizləri, inflyasiyanı, valyuta tələlərini ölkəmizin taleyi kimi görənlərin təslim olmasına öyrəşmişik. Müdafiə sənayesindən səhiyyəyə qədər bir çox sahədə bu sindromu aradan qaldırıb ölkəmizi ən qabaqcıl səviyyələrə çatdırdığımız kimi, iqtisadi sahədə də uğur qazanacağıq. Biz 19 ildir ki, investisiya, məşğulluq, istehsal və bu siyasətlərin infrastrukturunu qururuq. Pandemiya ilə birlikdə ortaya çıxan qlobal iqtisadi böhran da, bizə bu transformasiyanı sürətləndirmək və yekunlaşdırmaq imkanı verdi. Bu, fürsətdən istifadə etməkdir. Dünən faizləri 7 min 500-ə qaldıranlar bu gün qanun çıxarıb faizləri yüzdə 1-ə endirin deyirlər. Bunu kim deyir? Kamal bəy. Amma faizlər düşəcək. Biz xalqımıza və fermerlərimizə yüksək faizlə zülm etməyəcəyik”.

Onları tənqid edənlərin dünya iqtisadiyyatını izləmədiyini bildirən Ərdoğan fikirlərinə bu cür davam edib: 

"ABŞ və Avropa Birliyi ölkələri insanların işsiz qalmaması üçün inflyasiyadan və faiz dərəcələrindən asılı olmayaraq, əllərindən gələni etdiklərinə görə alqışlandığı halda, Türkiyə oxşar üsullardan istifadə edəndə fəlakətə çevrilir. İnkişaf səviyyəsindən asılı olmayaraq, qlobal böhrandan qorunmaq istəyən hər kəsin pulunun dəyərini aşağı tutmağa və cari əməliyyatlar hesabının profisitini artırmağa, bununla da məşğulluğunu qorumağa çalışdığını görməzlər. Digər tərəfdən, eyni seqmentlər Türkiyənin cümhuriyyət tarixində ən əhatəli və qətiyyətli iqtisadi siyasət dəyişikliyinin gah kartof-soğan, gah faiz-valyuta-inflyasiya, gah da qazan-tava ilə eyni hava olduğunu deyirlər”.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...