No Image
No Image

Bu evlərin kirayəsi 2-3 dəfə BAHALAŞACAQ

Bu evlərin kirayəsi 2-3 dəfə BAHALAŞACAQ
Təhsildə yenidən distant formaya keçid kirayə bazarında aktivliyə mənfi təsir göstərib, qiymətlər 2020-ci ildəki səviyyə qayıdıb.   

Sfera.az saytına kirayə bazarındakı vəziyyəti şərh edən Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov qeyd etdi ki, 2021-ci ilin yanvar-fevral aylarında təhsil müəssisələrinin açılmasından sonra kirayə evlərinə tələb artmışdı. İlk 2 ayda tələbin artması 20-25 faiz bahalaşmaya səbəb oldu. 

Həmin dövrdə təklifdə də azalmanın yaşandığını söyləyən E.Azadov bildirdi ki, yenidən distant təhsilə keçilməsi kirayə bazarında 2020-ci ildə olan vəziyyəti yaradıb: 

"Son bir ayda tələb azalıb, təkliflər artıb ki, bu da qiymətlərə azaldıcı təsir göstərir. 2020-ci ildə kirayə bazarında yaranan vəziyyət hazırda da davam edir və aşağı qiymət səviyyəsi qalır. Hazırda ucuz kateqoriyalı evlər 400 manata qədər olan evlərdir. Orta kateqoriyalı evlər 400-800 manat sayılır. Ən çox tələb 400 manata qədər olan evlərədir”.

E.Azadov xatırlatdı ki, Bakıda pandemiyaya qədər kirayə mənzil bazarında canlanma müşahidə edilib. O 2017-2019-cu illər ərzində qiymətlərin davamlı yüksəldiyini dedi: 

"Bakıda köhnəlmiş mənzil fondunun ləğv edilməsi kirayə bazarında ciddi qiymət artımlarına səbəb olmuşdu. Təbriz küçəsində, Nəsimi bazarı ətrafında, "Sovetski”də olan köhnə mənzillərin sökülməsi təklifə çox ciddi təsir etdi. Çünki köhnə mənzil fondunun təxminən 15-20 faizi bazardan çıxdı. Ən ucuz kirayə evlər məhz o ərazilərdə idi. Eyni zamanda bəzi ərazilərdə pilot layihələrin həyata keçirilməsi, mənzilləri sökülən şəxslərə kirayə haqqının ödənilməsi, tələbi artırdı. Bir tərəfdən kirayə verilən mənzillərin sayının azalması, digər tərəfdən kirayə çıxmaq istəyənlərin sayının artması kirayə qiymətlərini artırırdı.Kirayə qiymətləri tarixində ən yüksək qiymət artımı məhz bu ərəfədə olmuşdu. 2017-2019-cu illər ərzində pilot layihələrinin təsiri və kirayə mənzil fondunun azalması nəticəsində kirayə ev tapılmırdı. Məsələn, Nərimanov rayonunda kirayə bir və iki otaqlı mənzil tapmaq olmurdu. 

Amma 2020-ci ildə vəziyyət kəskin dəyişib. Karantin səbəbindən distant təhsilin tətbiqi tələbələrin rayonlara qayıtmasına səbəb oldu. Hələ də geri qayıdış qoxdur. Bu vəziyyət kirayə mənzillərə olan tələbi xeyli zəiflədib və hazırda da qiymətlər müqayisədə aşağıdır.
Karantin xarici turizmi də zəiflədib. Bu amilin də təsiri ilə paytaxtın mərkəz hissələrində sutkalıq mənzillərə tələb sıfıra düşüb. Gündəlik kirayə bazarı demək olar ki, işləmir”.

E.Azadov 2021-ci ildə yalnız şəhərətrafı evlərdə kirayə qiymətlərinin yüksələcəyini təxmin edir: 

"2020-ci ildə yalnız yay mövsümündə Bakı ətrafında bağ evlərinin kirayə qiymətləri kəskin artdı. İnsanlar qadağalar səbəbindən rayonlara və xaricə gedə bilmədiyindən şəhər ətrafına üz tutdu və nəticədə qiymətlər 2-3 dəfə yüksəldi. Şəhər ətrafında olan mənzillərə tələbdə belə artım ilk dəfə qeydə alındı. 2021-ci ildə şəhər ətrafında olan mənzillərə tələb yüksək olacaq, amma 2020-ci ildəki kimi güclü olmayacaq”.  

Vasif
Sfera.az


  



Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda avtomobillərin sayı niyə azdır? - ARAŞDIRMA

Azərbaycanda 2000-ci illərin əvvəlindən avtomobillərin sayında nəzərəçarpacaq artım müşahidə edilsə də, hələ də avtomobil sayına görə aşağı göstəriciyə sahib öl...

“İşğaldan azad edilmiş ərazilərdəki kənd təsərrüfatı torpaqları indidən paylanmalıdır” - Ekspert

"İşğaldan azad edilmiş ərazilərdəki kənd təsərrüfatı təyinatlı torpaqlar əhalinin məskunlaşmasından sonra hökmən kənd sakinləri arasında bölünməlidir”.  ...

Azərbaycan “yaşıl artım” ölkəsinə çevriləcək

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən yaxın 10 ildə ölkəmizin qarşısında bir neçə hədəf müəyyənləşdirilib. Bu prioritet hə...

Şirkət sahibi 2 milyard dollar pulu götürüb ölkədən qaçdı - "Thodex" skandalının PƏRDƏARXASI

Kriptovalyuta bazarında "Thodex” - 2017-ci ildə qurulan Türkiyənin yerli kriptovalyuta birjası ilə bağlı skandal yaşanır. Son bir neçə gündə Türkiyənin daxili k...

Azərbaycanda əməkhaqqları azalır, pensiyalar artır – Belə davam edərsə...

Azərbaycanda orta pensiya məbləğinin orta əməkhaqqına nisbətində artım müşahidə edilir. 2020-ci ildə orta aylıq pensiyanın orta əməkhaqqına nisbəti 42,4 faiz ol...

Ev almaq istəyənlərə ŞAD XƏBƏR

Mövcud makroiqtisadi vəziyyət daşınmaz əmlak qiymətlərinin yüksəlməsini çətinləşdirir. Xüsusən, ümumi daxili məhsul (ÜDM) istehsalının nominal göstəricilərinin ...