“Bu, Ermənistanın növbəti oyunudur...” – Tofiq Zülfüqarov

“Bu, Ermənistanın növbəti oyunudur...” – Tofiq Zülfüqarov
"Erməni tərəfinin "Azərbaycanla dövlət sərhədinin demarkasiyası işlərinə başlamağa hazırıq” bəyanatı xoş səslənsə də, reallıq ondan ibarətdir ki, bu da ermənilərin növbəti oyunudur”.
 
Bu sözləri Sfera.az-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyanın son açıqlamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, qarşı tərəf əslində Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan yayınmağa çalışır:

"Bilirsiniz, sərhədlərin delimitasiyası və demarkasiyası texniki məsələdir. Bu proses bu gün belə həll olunsa, proses texniki mahiyyət daşıyacaq. Sərhədi tanımaq üçün ilk növbədə siyasi sənəd olmalıdır. Delimitasiya və demarkasiya isə siyasi sənəd deyil. Rəsmi Bakı indiki halda Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünü tanımasını tələb etməlidir. Diqqət edin, Ermənistan tərəfi "şərt irəli sürmədən” deyərək, faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan yayınmağa çalışır. Ermənilər ərazi bütövlüyü tanımadan sərhədləri müəyyənləşdirmək istəyir. Bu baş versə, heç bir effekti olmayacaq. Çünki ərazi bütövlüyünün tanınmadığı təqdirdə rəsmi İrəvan hər an işğalçılıq siyasətinə davam edəcək”.

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR