“Bu, Ermənistanın növbəti biabırçı məğlubiyyətidir” – Vazgen Manukyan 11 yanvar görüşünü dəyərləndirdi

“Bu, Ermənistanın növbəti biabırçı məğlubiyyətidir” – Vazgen Manukyan 11 yanvar görüşünü dəyərləndirdi

11 yanvar tarixində baş tutmuş üçtərəfli görüş və müştərək bəyanat növbəti dəfə mövqeyimizi təsdiqlədi - Nikol Paşinyan Ermənistanın maraqlarını madafiə etmək iqtidarında deyil.


Sfera.az erməni mətbuatına istinadla bu barədə müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyan bildirib.


"Moskvada keçirilən üçtərəfli görüş ictimai və siyasi dairələrdə narahatlığa səbəb olub. Ermənistan hərbi əsirlər məsələsində müsbət nəticə əldə etmədi, Bu, Ermənistan üçün növbəti biabırçı məğlubiyyətdir”.


Manukyan bildirib ki, noyabrın 9-da Azərbaycan xəyallarında olduğundan daha çox şey əldə etdi: "Bu müddət ərzində Bakı öz xeyrinə bu bəyanatın müəyyən müddəalarını pozdu: birinci bənd (... tərəflər tutduqları mövqelərdə qalır) və səkkizinci bənd (...əsirlərin, girovların və meyitlərin mübadiləsi). Özü də bütün bunlar Nikol Paşinyanın köməyi və hərəkətsizliyi ilə baş verdi.


Yanvar 11-də Moskvada Əliyev Azərbaycan üçün böyük strateji əhəmiyyətə malik 9-cu bəndin (... iqtisadi və nəqliyyat əlaqələrinin açılır, Ermənistan Azərbaycanın qərb bölgələri və Naxçıvanla nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət verir) həyata keçirilməsini təsdiqlədi və təməlini qoydu. Şübhəsiz, Paşinyan hakimiyyətdə qalsa, sözügedən bəndin gələcək danışıqlar əsnasında reallaşdırılmasının nəticələri Azərbaycanı tam qane edəcək”.


Vazgen Manukyan daha sonra "Ermənistan 11 yanvar görüşündən nə əldə edə bilərdi, amma əldə etmədi?” sualını cavablandırıb:


"Azərbaycanın xeyrinə pozulan və Sünikin taleyini təhlükəyə atan 1-ci bəndin müzakirəsini aparmaq lazım idi. Münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həlli və Artsaxın statusu barədə heç bir açıqlama verilmədi, bu da böyük məğlubiyyətdir.


11 yanvar tarixli üçtərəfli görüş və birgə bəyanat mövqeyimizi bir daha təsdiqlədi - Nikol Paşinyan Ermənistanın və erməni xalqının maraqlarını müdafiə etmək iqtidarında deyil.


Məğlubiyyət simvolu dəf edilməlidir, əks təqdirdə itkilərimiz və aşağılanmağımız davam edəcək. "

 

 

Mənbə: News.am

Tərcümə: Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...