No Image
No Image

“Bu, Ermənistanın növbəti biabırçı məğlubiyyətidir” – Vazgen Manukyan 11 yanvar görüşünü dəyərləndirdi

“Bu, Ermənistanın növbəti biabırçı məğlubiyyətidir” – Vazgen Manukyan 11 yanvar görüşünü dəyərləndirdi

11 yanvar tarixində baş tutmuş üçtərəfli görüş və müştərək bəyanat növbəti dəfə mövqeyimizi təsdiqlədi - Nikol Paşinyan Ermənistanın maraqlarını madafiə etmək iqtidarında deyil.


Sfera.az erməni mətbuatına istinadla bu barədə müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyan bildirib.


"Moskvada keçirilən üçtərəfli görüş ictimai və siyasi dairələrdə narahatlığa səbəb olub. Ermənistan hərbi əsirlər məsələsində müsbət nəticə əldə etmədi, Bu, Ermənistan üçün növbəti biabırçı məğlubiyyətdir”.


Manukyan bildirib ki, noyabrın 9-da Azərbaycan xəyallarında olduğundan daha çox şey əldə etdi: "Bu müddət ərzində Bakı öz xeyrinə bu bəyanatın müəyyən müddəalarını pozdu: birinci bənd (... tərəflər tutduqları mövqelərdə qalır) və səkkizinci bənd (...əsirlərin, girovların və meyitlərin mübadiləsi). Özü də bütün bunlar Nikol Paşinyanın köməyi və hərəkətsizliyi ilə baş verdi.


Yanvar 11-də Moskvada Əliyev Azərbaycan üçün böyük strateji əhəmiyyətə malik 9-cu bəndin (... iqtisadi və nəqliyyat əlaqələrinin açılır, Ermənistan Azərbaycanın qərb bölgələri və Naxçıvanla nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət verir) həyata keçirilməsini təsdiqlədi və təməlini qoydu. Şübhəsiz, Paşinyan hakimiyyətdə qalsa, sözügedən bəndin gələcək danışıqlar əsnasında reallaşdırılmasının nəticələri Azərbaycanı tam qane edəcək”.


Vazgen Manukyan daha sonra "Ermənistan 11 yanvar görüşündən nə əldə edə bilərdi, amma əldə etmədi?” sualını cavablandırıb:


"Azərbaycanın xeyrinə pozulan və Sünikin taleyini təhlükəyə atan 1-ci bəndin müzakirəsini aparmaq lazım idi. Münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həlli və Artsaxın statusu barədə heç bir açıqlama verilmədi, bu da böyük məğlubiyyətdir.


11 yanvar tarixli üçtərəfli görüş və birgə bəyanat mövqeyimizi bir daha təsdiqlədi - Nikol Paşinyan Ermənistanın və erməni xalqının maraqlarını müdafiə etmək iqtidarında deyil.


Məğlubiyyət simvolu dəf edilməlidir, əks təqdirdə itkilərimiz və aşağılanmağımız davam edəcək. "

 

 

Mənbə: News.am

Tərcümə: Selcan

Sfera.az

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanla İran arasında anlaşma imzalandı: “Ordubad” və “Marazad” SES-ləri...

Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası keçirilib. Sfera.az bu barədə Nazi...

Makron Ərdoğana məktubunda nə yazıb? – MƏTN

Ötən həftə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ictimaiyyətə Fransa Prezidenti Emmanuel Makronun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ankara ilə ...

İlham Əliyev iki zavodun təməlini qoydu - FOTOLAR

Yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında "Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, "Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının t...

Xocalıda Ərdoğanla şəklini yanaşı görən Prezident görün nə dedi - TARİXİ VİDEO

"Xocalı rayonunun Sığnaq kəndi. Burada da Azərbaycan-Türkiyə bayraqları və yolu inşa edən Türkiyə şirkətinin bayrağı asılıb”.   Sfera.az-ın məlumatın...

Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşaya gedərkən Füzuli rayonunda keçib.  Bununla bağlı Mehriban Əliyeva "Instagram...

Əli Həsənov danışdı: "Açıqlama vermək niyyətim yoxdur"

"Mən Vüqar Səfərlinin saxlanılması haqqında danışmaq istəmirəm. Bu barədə açıqlama vermək niyyətim yoxdur". Sfera.az xəbər verir ki, bunu Prezidentin keçm...