Bu ərazilərdə su olmayacaq: \"Azərsu\" üzr istədi
10:16 / 04.11.2019
1005
Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən 4 noyabr 2019-cu il tarixində Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu” ASC-dən "APA-Economics”ə verilən məlumata görə, su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur.
"Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir”, - deyə ASC-dən bildirilib.