Bu dərs saatları tətil günləri hesabına bərpa ediləcək - Nazirdən açıqlama

Bu dərs saatları tətil günləri hesabına bərpa ediləcək - Nazirdən açıqlama
"Yeni dərs ili ənənəvi formada başlayır”.

Sfera.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında yazıb.

O xatırladıb ki, bu gün açıqlanmış qərara əsasən, 22 sentyabrdan ümumi təhsil müəssisələrinin I-IV sinifləri, 29 sentyabrdan isə digər siniflər və məktəbdənkənar müəssisələr həftədə beş dəfə olmaqla əyani tədrisə başlayacaq.

"Ali, orta ixtisas və peşə təhsili müəssisələrində isə tədris 29 sentyabrdan etibarən əyani olaraq (bəzi istisnalar olmaqla) həyata keçiriləcək.

Tədris olunmayan dərs saatları il ərzində tətil günləri hesabına bərpa ediləcək.

Tədris ilinin əyani formada davamlılığını təmin etmək üçün şəxsi gigiyena və təmizliyə riayət etmək, özünə və ətrafındakılara qarşı diqqətli davranılması vacibdir”, - nazir vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...