Bu dərmanı qəbul edənlər koronavirusdan ölməyəcək - Səbəbi açıqlandı

Bu dərmanı qəbul edənlər koronavirusdan ölməyəcək - Səbəbi açıqlandı
Son araşdırmalara əsasən, dünyada minlərlə insanın istifadə etdiyi "statin" xolesterol dərmanının COVID-19-dan ölüm riskini azaltdığı iddia edilir.

Sfera.az xəbər verir ki, bəzi mütəxəssislər araşdırmanı dəstəkləyir, digərləri isə qəti şəkildə əleyhinədir.

Princeton Universitetində aparılan bir araşdırma xolesterolun koronavirusla mübarizədə ən böyük maneələrdən biri olduğunu ortaya qoyub. Araşdırmada koronavirusun hüceyrənin qoruyucu membranını keçmək üçün yağ molekulu olan xolesteroldan istifadə etdiyi məlum olub.
 
Tədqiqat  zamanı mütəxəsisslər damarları tıxayan xolesterol yataqlarının koronavirusun hüceyrələri açmasına və çoxalmasına imkan verdiyini kəşf etdikdən sonra "statinlər” olaraq bilinən xolesterolu aşağı salan dərmanlar qəbul edən koronavirus  xəstələrinin daha tez sağaldığını iddia edilib.

Qeyd edək ki, "Statin” xolesterolu aşağı salan dərmanlar dünyanın ən məşhur dərmanlarından biridir. Dərmanın qan damarlarında iltihabı azaltma qabiliyyətinə görə koronavirus xəstələrində istifadə oluna biləcəyi uzun müddətdir müzakirə olunur.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR