Bu dərmanı əsla qəbul etməyin, yoxsa sonsuz olacaqsız

Bu dərmanı əsla qəbul etməyin, yoxsa sonsuz olacaqsız
Amerikalı alimlər sistemli olaraq qəbul edildikdə impotensiyaya səbəb olan dərmanları müəyyən ediblər.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, keçəlləşməyə və prostatitə qarşı qəbul edilən dərmanlar ciddi xəstəliyə gətirib çıxarır. Bu dərmanları qəbul edənlər daha çox erektil disfunksiya problemi ilə üz-üzə qalırlar.

ABŞ alimləri 21 il (1992-2013) ərzində apardıqları tədqiqatlar nəticəsində ilginc məlumatlar əldə edə biliblər. Onların tədqiqat obyekti 16-89 yaş arasında olan 12 min kişi olub.

İştirakçılar müxtəlif vaxtlarda başın tük örtüyünün bərpası ilə bağlı dərmanlar qəbul ediblər. Keçəlliyə qarşı dərman qəbul edən 42 yaşa qədər olan kişilər arasında erektil disfunksiyaya 5 dəfə çox rast gəlinib. Onlar cinsi istəklərinin nəzərəçarpacaq dərəcədə aşağı düşdüyünü qeyd ediblər. Bu isə sözügedən dərmanların artıq dozada qəbulu ilə yox, daha çox davamlı qəbulu ilə bağlıdır. Baxmayaraq ki, həmin dərmanların içlik vərəqində doza həddinin aşılması zamanı erektil disfunksiyaya rast gəlinə biləcəyi qeyd olunur. Amma onun bir neçə dəfə qəbulunun törədəcəyi fəsadlar barədə heç nə yazılmır.

Bu dərmanları qısa müddət ərzində qəbul edən kişilərdə "zərərli” effekt müşahidə edilmir. Amma qeyd etmək lazımdır ki, həmin dərmanların qəbulunu dayandırdıqdan 3 il sonra ereksiya tam bərpa olunur.

Analoji vəziyyət prostatitin müalicəsi zamanı istifadə olunan həblərin qəbulundan sonra müşahidə olunur.

Ekspertlər xəbərdar edirlər ki, bu istiqamətdə ən ziyanlı preparatlar tərkibində finasterid və dutasterid olan dərman vasitələridir.

Əvvəllər türk alimləri müəyyən etmişdilər ki, impotensiyanın yaranma səbəblərini genetik səviyyədə araşdırmaq lazımdır. Araşdırmalar göstərir ki, birinci qan qrupuna (0) malik insanlar sözügedən problemlə daha tez-tez rastlaşırlar.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...