Bu dərman COVID-19-a yoluxanların ağırlaşma riskini 90 faiz AZALDIR

Bu dərman COVID-19-a yoluxanların ağırlaşma riskini 90 faiz AZALDIR
COVID-19 infeksiyası ilə bağlı aparılan daha bir kliniki elmi tədqiqat işi başa çatıb.

Bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib.

Onun sözlərinə görə, yeni tədqiqat artıq nüfuzlu "The Lancet" jurnalında dərc edilib.

Azərbaycanlı alim bildirib ki, kliniki elmi tədqiqatda astma xəstələrində istifadə edilən Budesonid inhalyasiyasın COVID-19 xəstələrinə pozitiv təsirlərindən bəhs edir.

N.Abdullayev qeyd edib ki, Budesonid ilə 7 gün, gün ərzində 2 dəfə müalicə alanlarda aşağıdakı nəticələr alınıb:


- Budesonid almayanlarla müqayisədə ümumi müalicənin vaxtı azalıb

- Budesonid almayan kontrol qrupla müqayisədə Budesonid alanların temperaturu daha az davam edib

- İki həftədən sonra onların qalıcı simptomları daha az olub və buna görə də "Long COVID" simptomlarının da qarşısını ala biləcəyi düşünülür

- Budesonid alan xəstələr temperatur salıcı dərmanlardan da çox qısa müddət istifadə ediblər

- Budesonidin qəbulu təxminən 90%-ə qədər xəstəxanaya düşmə riskini azaldır. Bu dərmanın simptom başlayandan 3 gün sonraya qədər qəbulu zamanı rast gəlinib

- Yüngül yan təsirləri isə çox az hallarda rast gəlinib, təxminən 7%-ə qədər.

"Budesonidin gündə iki dəfə inhalyasiya şəklində qəbulu xəstəxanada ciddi tibbi müdaxilə riskini azaldır və sağalmağa qədər olan zamanı qısaldır. Bütün bunlar onu deməyə əsas verir ki, artıq COVID-19 müalicəsində bu dərman elmi əsaslı tətbiq edilə bilər”, - N.Abdullayev bildirib.

O əlavə edib ki, Budesonid spreyinin xəstələrdə tətbiqi və kliniki tədqiqatla təsdiqi bu dərmanın astma xəstələrində istifadə zamanı onların COVID-19-u yüngül keçirməsindən sonra başlanılıb. // "Report”

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...