Bu deputatlar yenidən öz namizədliklərini irəli sürdülər -SİYAHI

Bu deputatlar yenidən öz namizədliklərini irəli sürdülər -SİYAHI

Növbədənkənar parlament seçkilərində iştirak edəcək bitərəf deputatlardan bəziləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) siyahısını gözləmədən iddialarını ortaya qoyub. 

Sfera.az xəbər verir ki, artıq Azay Quliyevlə Adil Əliyev namizəd olacaqlarını ictimailəşdiriblər.

Azay Quliyev bu barədə "Twitter” hesabında yazıb. "Milli Məclisdə şərəflə təmsil etdiyim 8 saylı Binəqədi birinci seçki dairəsindən yenidən deputatlığa namizədliyimi irəli ürməyə qərar verdim”, -deyə o bildirib.

Adil Əliyev isə namizəd olacağını "Facebook” hesabında bəyan edib: "Ya Allah! Dostlar, çox saylı seçicilərimin, müraciətlərini nəzərə alıb, Nərimanov rayonu 20 saylı, 2- ci seçki dairəsindən, inşallah yola davam edəcəm”.

Məlumatlara görə, artıq 25 ildir deputat olan Madər Musayev də növbəti dəfə parlamentdə təmsil olunmaq istəyir. Onun  10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizəd olacağı bildirilir. İddialara görə, Madər Musayev artıq imzatoplama kampaniyasına start verib.

Həmçinin, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa da 26 saylı Sabunçu seçki dairəsindən özz namizədliyini irəli sürüb.

Bitərəflərdən Qənirə Paşayevanın, Çingiz Qənizadənin, Səttar Mehbalıyevin, Mahir Aslanovun, Ülvi Quliyevin, Fəttah Heydərovun, Zahid Orucun da seçkilərə qatılacağı bildirilir. 

Məlumat üçün deyək ki, adıçəkilən şəxslər bundan əvvəlki seçkilərə də bitərəf kimi qatılıblar. YAP onların namizəd olduğu dairəni boş buraxıb. Yəni, həmin dairələrdən namizəd irəli sürməyib. Həmin dairələrdə hakim partiyanın resursları bu şəxslərin qalib gəlməsi üçün istifadə edilib. 

Bu dəfə də belə olacağı bəlli deyil. Yuxarıda qeyd etdiyimiz kimi hakim partiya hələ siyahını açıqlamayıb. Lakin bəzi məlumatlara görə, iddialarını ortaya qoyan bitərəflər YAP-ın xeyir-duası ilə namizəd olacaqlarını açıqlayıblar. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...