Bu dəfə “28 Mall”da peyvənd izdihamı - Video

Bu dəfə “28 Mall”da peyvənd izdihamı - Video
Bakının "28 Mall” Ticarət Mərkəzində təşkil olunmuş vaksinasiya prosesi zamanı karantin qaydalarının pozulması, vətəndaşlar arasında yaşanan izdihamla bağlı görüntülər yayılıb. 

Sosial şəbəkələrdə yayılan görüntülərdən də aydın olur ki, onlarla vətəndaş vaksin məntəqəsinin qarşısına toplaşıb. Aralarında heç bir sosial məsafə gözlənilmir, vaksin növbəsi tənzimlənmir.

Yaranmış problemlə bağlı paytaxtda səyyar vaksinasiyaları təşkil edən TƏBİB-lə əlaqə saxladıq. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış "Qafqazinfo”ya bildirdi ki, səyyar vaksinasiyanın təşkil olunduğu məkanlarda TƏBİB  yalnız tibbi xidmətin göstərilməsi ilə məşğuldur:

"Vaksinasiya üçün gələn vətəndaşların peyvəndlənmə prosesində növbəlilik sisteminə əməl etməsinə nəzarət təəssüf ki, orada xidmət göstərən tibbi personalın imkanları xaricindədir. Ümumiyyətlə isə, səyyar vaksinasiya zamanı bu prosesə adətən peyvəndlənmənin təşkil olunduğu müəssisə və qurumlar tərəfindən nəzarət olunur”.

Xatırladaq ki, bundan əvvəl də eyni ünvanda səyyar vaksinasiya zamanı sıxlıqla bağlı görüntülər yayılmışdı. Həmçinin, indiyə qədər dəfələrlə poliklinikalardakı peyvənd izdihamları haqda məlumatlar yayımlanıb. Yoluxma sayının çox olduğu vaxtda bu növbələrin xüsusən təhlükəli olduğu bildirilir. Rəsmi qurumlar isə açıqlamalarında növbələrə səbəbi əsasən, vətəndaşların növbə götürmədən poliklinikaya gəlməklərində, vaksin olunmağı son günə saxlamaqlarında görürlər.




OXŞAR XƏBƏRLƏR

Bayden bu gün Ukraynaya yardım layihəsini İMZALAYACAQ - Paketə həm də nələr daxildir?

Aprelin 24-də ABŞ Prezidenti Co Bayden Kiyevə silah tədarükünü bərpa etmək üçün Konqresin təsdiq etdiyi Ukraynaya yardım qanun layihəsini imzalayacaq.  ...

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...