"Bu, daxili həmrəyliyi pozmaq üçün Azərbaycana qarşı təxribatdır” - Rauf Arifoğludan "casus programı" qalmaqalına reaksiya

OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) iddia edib ki, Azərbaycan hökuməti İsrail şirkətindən aldığı proqramla Azərbaycanda 1000-ə yaxın şəxsin telefonnalrını dinləyir, telefonlar vasitəsilə onları izləyir. Həmin siyahıda siyasi fəalların, məşhur jurnalistlərin də adları var.

Ekspertlər deyir ki, 44 günlük müharibədən sonra media, cəmiyyət, hökumət, siyasi qüvvələr arasında yaranan həmrəylik bəzi qüvvələri narahat edir. Ona görə də bu cür məqalələrlə iinsanları bir-birinə qarşı qoymğa cəhd dirlər.

Siyahıda adı olan "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu "Report”a açıqlamasında bildirib ki, belə bir yazının hazırlanması və siyahının yayılması Azərbaycana qarşı təxribatdır:

"Əks halda böyük layihənin içindən kiçik Azərbaycan fraqmentini qabardıb, yalnız Azərbaycanın üzərinə gəlməzdilər. Bu, daxili həmrəyliyi pozmaq üçün Azərbaycana qarşı təxribatdır”.

Baş redaktor vurğulayır ki, bu məsələ ilə bağlı ölkənin xüsusi xidmət orqanlarının rəhbər heyətinə aid şəxslərlə qeyri-rəsmi məsləhətləşmə aparıb, onların məsələyə münasibətini öyrənib.

Həmin şəxslər Rauf Arifoğluna bildiriblər: "Hər bir xüsusi xidmət orqanı kimi, bizim də dinlədiyimiz adamlar, şübhəlilər var və bunların hamısı qanuni yollarla həyata keçirilir. Bizim dinlədiyimiz şəxslərin siyahısı ilə yayılan siyahı arasında heç bir əlaqə, o cümlədən, oxşarlıq yoxdur. Biz, xüsusi proqramla xaricdə kimləri isə dinləyə bilsəydik, əmin olun, bunlar ilk növbədə xarici düşmənlərimiz, Ermənistan ərazisindəki terrorçular, Azərbaycana qarşı cinayət törətmiş vəzifəli ermənilər olardılar. Siyahıda bir nəfər də olsun, erməni terrorçunun adı yoxdursa, bu siyahının etibarlılığı barədə danışmağa gərək də qalmır".

Baş redaktor bildirib ki, qeyri-rəsmi rəyə birmənalı inanmağın tərəfdarı deyil: "Lakin ortada dəmir məntiq var: niyə Azərbaycanın izlədiyi telefonlar arasında Qarabağdakı terrorçuların, Arayik Arutunyanın, Robert Köçəryanın, yaxud, Sarqsyanın, indiki Ermənistan rəhbərliyindən heç kimin telefonları, kompüterləri yoxdur? Əgər Fransadakı müxalif jurnalisti "Pegasus"la izləmək mümkündürsə, İrəvandakı Roberti niyə izləmək mümkün olmasın? Suallar çoxdur".




OXŞAR XƏBƏRLƏR

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

“TikTok” ABŞ hökumətinə qarşı hüquqi mübarizəyə başlayır

“TikTok” ABŞ-dəki qadağa qanununa qarşı mübarizə aparacaq.   Sfera.az xəbər verir ki, “TikTok”un baş direktoru Şou Zi Çev söz...