“Bu dağlar terrorçulardan təmizləndi…”

“Bu dağlar terrorçulardan təmizləndi…”

Türkiyənin jandarma qüvvələrinin komandanı, ordu generalı Arif Çetin PKK-ya qarşı eyni zamanda üç bölgədə həyata keçirilən "Kıran Operasyonu” çərçivəsində Vanın Gürpınar rayonu, Bulgurlu dağı bölgəsindəki hərbi birlikləri təftiş edib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Van, Hakkari və Şırnak jandarma komandanlıqlarının cəlb edildiyi və ordu generalı Çetinin komandanlıq etdiyi əməliyyat hazırda davam etməkdədir. General əməliyyat bölgəsində komandirlərdən məlumatlar alıb, əsgərlərlə görüşüb. Əməliyyata 129 bölüyün və 14 taborun qatıldığını bildirib.

General deyib ki, prezident Ərdoğanın əmr və göstərişləri əsasında bölgə terrorçulardan tamamilə təmizlənənə qədər əməliyyat davam edəcək. Arif Çetin qəhrəman hərbçilərin terrorçuların "hininə girdiklərini” deyib.

"Ölkəmizdə vətəndaşlarımızın, millətimizin təhlükəsizliyi davaml olaraq təmin ediləcək. Bu dağlar terrorçulardan tamamilə təmizlənmiş durumdadır. Qalan ünsürlər varsa ən qısa zamanda onları da zərərsizləşdirəcəyik. Ən qısa zamanda bu bölgə terrorçulardan tamamilə təmizlənəcək, yaylaqlar sərbəst olacaq, kəndlilər hər kəs bağını, bağçasını rahat əkib-becərəcək”,-komandan bildirib.

Virtualaz.org


 


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...