Bu dairənin seçiciləri məşhur biznesmeni dəstəkləyir – VİDEO

Bu dairənin seçiciləri məşhur biznesmeni dəstəkləyir – VİDEO
 
Milli Məclisin VI çağırış seçkilərinə namizədliyini irəli sürmüş şəxslərin təbliğat - təşviqat
kampaniyası sürətlə davam edir. 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən
namizədliyini vermiş "Zaferoğlu İnşaat" şirkətinin rəhbəri Zəfər Məmmədov gəncəlilərlə
növbəti görüşünü keçirib. Görüşlərdə seçicilərin problemlərini dinləyən, onların sosial
vəziyyəti, rifahı ilə maraqlanan Zəfər Məmmədov Azərbaycan Respublikasının prezidenti
İlham Əliyev tərəfindən aparılan uğurlu islahatlardan və görülmüş işlərin əhəmiyyətindən
bəhs edib. Qısa müddət ərzində seçicilərinin etibarını, inamını qazanan namizəd bu
fəallığın seçkilərdə də olacağına və qalib gələcəyi təqdirdə hər birinin etimadını
doğruldacağına söz verib.
 
 Xatırladaq ki, parlamentin dekabrın 2-də keçirilən plenar iclasında hakim Yeni Azərbaycan
Partiyasının deputatlarının Milli Məclisin buraxılması ilə bağlı təşəbbüsü ilə bağlı qərar
qəbul edilib. Prezident İlham Əliyev dekabrın 5-də Azərbaycan Respublikası Milli Məclisinin
beşinci çağırışının buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında
sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə
növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.
 



OXŞAR XƏBƏRLƏR