Bu da son: CHP-nin İstanbul zəfəri rəsmən tanındı - \"mazbata\" İmamoğlunda
Bu gün İstanbulun Maltəpə rayonunda səslərin yenidən sayılmasının başa çatmasından sonra yekun protokol yerli seçki komissiyasına təhvil verilib.
Hakim AKP-nin və müttəfiqi MHP-nin İstanbul üzrə seçki nəticələrinin ləğv edilməsi barədə Yüksək Seçki Kurumuna verdikləri şikayətlərə baxmayaraq seçkilərin qalibi olan Əkrəm İmamoğlu bələdiyyə başqanı seçildiyi haqda mandatı almaq üzrədir.
Türkiyə KİV-lərinin xəbərlərinə görə CHP-nin İstanbul təşkilatına seçki komissiyasından Əkrəm İmamoğlunun mandatını alması üçün dəvət edildiyini bildiriblər. Bu dəqiqələrdə CHP-nin İstanbul təşkilatının rəhbəri Canan Kaftançıoğlu bir qrup tərəfdaşı ilə birlikdə İstanbul seçki komissiyasına gedib. O, yerli vaxtla saat 16.00-da İmamoğlunun mandatının veriləcəyini bildirib.