Bu da oldu: şagirdlərin başına karton keçirdilər və... - Video
18:10 / 21.10.2019
3072
Hindistanda daha bir qəribə hadisə baş verib.
Sfera.az yeni sabah-a istinadla xəbər verir ki, imtahan zamanı şagirdlərin başına karton keçirilib.
Bildirilir ki, bu hal Karnataka əyalətində yaşanıb. Məktəb rəhbərliyi bununla şagirdlərin bir-birindən köçürməsinin qarşısını almağa çalışıb.
Lakin hadisə cəmiyyətdə və sosial şəbəkələrdə etirazla qarşılanıb. Rəhbərlik isə bunun ilk olmadğını və digər məktəblərdə də belə hadisə ilə rastlaşdığını bildirib.