Bu da oldu - Kranlardan su əvəzinə spirtli içki gəldi, əhali ayağa qalxdı
14:10 / 07.02.2020
1739
Hindistanda daha bir qəribə hadisə yaşanıb.
Sfera.az xarici mediaya istinadən bildirir ki, Trissur şəhərində su kranlarından su əvəzinə spirtli içki gəlib.
Bildirilir ki, 18 ailə bununla bağlı şikayətçi olublar. Sakinlərin sözlərinə görə, əvvəl binaya alkoqol qoxusu yayılıb, daha sonra isə kranlardan su ilə likörün qarışığı olan maye axmağa başlayıb.
Araşdırmalar zamanı aydın olub ki, 6 il öncə binanın yaxımlığında olan bar bağlanıb və içkilər müsadirə edilib. Bir müddət öncə dövlət işçiləri alkoqolun utilizasiyasına icazə alıblar və onu bar yanında basdırıblar. Nəticədə 6 000 litr alkoqol evləri su ilə təmin edən şəbəkəyə sızıb və su ilə qarışıb. (yeni sabah)