“Bu cür fikirləri yığışdırın” – Nura Suri ÜSYAN ETDİ

“Bu cür fikirləri yığışdırın” – Nura Suri ÜSYAN ETDİ
"Son zamanlar dəb halını alıb. "Övladlarınızı qocalanda sizə baxsın deyə böyütmürsünüz, 18 yaşından sonra onlara istədiyi kimi yaşamağa icazə verin” kimi fikirlər səsləndirirlər. Amma bu tamamilə səhvdir”.

Sfera.az bildirir ki, bunu müğənni Nura Suri öz sosial şəbəkə hesabında qeyd edib. O, ailədə birliyinin önəmli olduğunu bildirib:

"İnsanın cəmiyyət üçün formalaşmasına nə lazımdırsa valideyn onu övladına etməlidir, bu onun məsuliyyətdir. Bu gün qocalar evlərində çox adam var. Kimsəsiz insanları görəndə məyus oluram. Müasirlik adı altında səslənən bu cür fikirləri yığışdırmaq lazımdır. Bəli, insan yaşa dolanda ona övladı baxmalıdır, tək qalmamalıdır. Necə ki, valideyn öz vaxtını, həyatını, pulunu, işini dünyaya gətirdiyi övladına həsr edir, eləcə də övlad bunu etməli, qarşılıqlı bağlantı olmalıdır”.

İfaçı müasir dövr fikirləri ilə heç zaman razı olmayacağını qeyd edib:

"İnsanların tənhalığına qarşıyam. Rayon yerlərində insanlar bir-birinə necə bağlıdırlar? Bir-birimizin qayğısına qalmalı, yardım etməliyik. Əgər valideynlərinizdən, dostlarınızdan uzaqlaşırsınızsa, onlara sevgi hissiniz yoxdursa, bunlar yaxşı xüsusiyyətlər deyil. Hətta heyvanlar aləmində belə hamısı bir olurlar. İnsan da bunu etməlidir. Robotlaşmayın, valideynlərinizdən, övladlarınızdan uzaqlaşmayın”.

Türkan


OXŞAR XƏBƏRLƏR