Bu bitkilərdən milyonlar qazana bilərik, amma… - Dərman dərdimizə dərman olacaqmı?

Bu bitkilərdən milyonlar qazana bilərik, amma… - Dərman dərdimizə dərman olacaqmı?


"Ölkəmizdə dərman sənayesində bitkilərdən xammal kimi istifadə edilməsi üçün imkanlar var. Çünki xaricdən idxal edilən dərman bitkiləri, müxtəlif dərmanların hazırlanmasında istifadə olunan bitkilərin əksəriyyəti Azərbaycanda bitir”.


Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan florasının dərman istehsalında mühüm xammal olmasına rəğmən hələ də ölkəmizdə bu istiqamətə ciddi diqqətin ayrılmamasına münasibət bildirərkən tibb elmləri doktoru Adil Qeybulla deyib:


"Bu gün apteklərdə dəmləmələr, müxtəlif ekstraktlar, balzamlar və s. formada xarici istehsal olan bitki mənşəli dərmanlar satılır. Hansı ki, həmin preparatların tərkibinə daxil olan bitkilərin böyük əksəriyyəti Azərbaycanda yetişir. Bu ölkədə daxili istehsal sənayesini yaradaraq bitkilərdən istifadə etməklə dərman preparatlarının istehsalı tamamilə mümkün və realdır”.


Amma həkim hesab edir ki, ölkədə yetişən bitkilərdən dərman hazırlanmasına nail olmaq üçün mütləq mənada dövlət qayğısının olması vacibdir: "Sovet dövründə Farmakopeya və Xalq Təbabəti Mərkəzi yaradılmışdı. Amma təəssüf ki, mərkəz indi fəaliyyətini əvvəlki kimi davam etdirə bilmir. Hesab edirəm ki, kifayət qədər dövlət qayğısının olacağı təqdirdə, bitkilərdən dərman istehsalı və onun elmi mərkəzinin yaradılmasını həyata keçirmək olar. Sovet dövründə maral buynuzundan patrokrin adlı dərman, müxtəlif bitkilərdən müxtəlif ekstraktlar hazırlanırdı. Bitkilərdən molekulyar biologiyanın köməyi ilə daha təmizlənmiş formada, ayrı-ayrı elementlərin həmin bitkinin tərkibindən çıxarmaq yolu ilə dərman hazırlamaq yaxşı olardı”.

 

A.Qeybulla düşünür ki, yerli bitkilərdən xammal kimi istifadə edib Azərbaycanda bu istiqamətdə ayrıca istehsal müəssisəsi yaratmaq olar: "Xarici ölkələrdə dərman istehsalında əhəmiyyətli xammal olan bitkilərin geniş plantasiyalarının salınması təcrübəsi də var. Ölkəmizdə də bu istiqamətdə addımlar atılmalıdır. Digər tərəfdən bitkilərdən dərmanların hazırlanması üçün müvafiq texnologiyanın və ən başlıcağı ixtisaslı kadrların olması vacibdir. Kadr məsələsi həll edilmədən bu sahəyə qoyulan investisiya özünü doğrulmayacaq”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...