Bu bankın daha 3 filialı bağlandı

Bu bankın daha 3 filialı bağlandı
"Dəmirbank”ın daha 3 filialı bağlanılıb.

Sfera.az xəbər verir ki, bu barədə Fins.az-a bankdan bildirilib. Məlumata görə, Bankın Xırdalan, Bakıxanov və İçəri Şəhər filialları ötən ilin sonundan etibarən fəaliyyətlərini dayandırıb. Hər 3 filial üzrə müştəri portfelləri digər filiallara ötürülüb. Xırdalan filialı Xəzər filialı ilə, İçəri Şəhər filialı Yasamal filialı ilə birləşdirilib. Bakıxanov filialı üzrə portfel isə Nəsimi və Mərkəz filiallarına ötürülüb. Bankdan verilən məlumata görə, filialların ləğv edilərək portfelin digər filiallara ötürülməsi yeni biznes dövrünə keçid və xərclərin optimallaşdırlması ilə bağlıdır.

Qeyd edək ki, hazırda "Dəmirbank”ın Bakı üzrə 11, regionlarda isə 20 filialı fəaliyyət göstərir.

Onu da xatırladaq ki, bir neçə gün əvvəl bankdan hakkerlər tərəfindən 3 milyon manat pul oğurlanmışdı.

OXŞAR XƏBƏRLƏR

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...