Bu bank Azərbaycanda Çin pulu ilə xidmət göstərəcək

Bu bank Azərbaycanda Çin pulu ilə xidmət göstərəcək
 
Bank VTB (Azərbaycan) müştərilərinə çin valyutası - yuanla hesablaşma-kassa xidmətləri təklif edir. Bankın müştəriləri həm çin yuanı ilə hesabın açılması və hesaba xidmət göstərilməsi, həm də pul köçürmələri xidmətindən istifadə edə bilər. Hesabın açılşması və hesaba xidmət üzrə müştərilərdən komissiya tutulmur, pul vəsaitlərinin köçürülməsi isə sərfəli tariflər ilə təklif olunur. Bu barədə bizimyol.info portalına Bankın mətbuat xidmətindən məlumat verilib. 
 
Yuan ilə pul vəsaitlərinin köçürülməsi əməliyyatları yalnız nağdsız şəkildə həyata keçirilir. Bu halda pul vəsaitlərinin köçürülməsi üçün müştərilərdən bank pulu yuanda yox, manat, rubl və sərbəst konvertasiya edilən valyutada qəbul edir və onların çin valyutasına mübadiləsini həyata keçirir.   

Digər bankdakı, eləcə də VTB qrup daxilindəki hesaba köçürməyə görə komissiya köçürülən məbləğin 0,5%-ni (minimum 100 – maksimum 500 yuan) təşkil edir. Təcili köçürmə üzə komissiya məbləği 200 yuan təşkil edir. Qeyd edək ki, VTB (Azərbaycan) Çində də banka sahib olan Rusiyanın aparıcı maliyyə qrupuna daxildir. Bu isə pul köçürmələrini qısa müddət ərzində və sərfəli şərtlərlə həyata keçirməyə imkan verir. 

"Hazırda Çin iqtisadiyyatı dünyada ən iri iqtisadiyyat hesab olunur. Bu bazara Azərbaycan iş adamlarının da marağı günbəgün artır. Buna görə də biz maksimal dərəcədə rahat və sərfəli hesablaşma-kassa xidmətləri təklif etməyə çalışırıq. Bu gün VTB (Azərbaycan) ölkədə çin yuanında xidmət təklif edən yeganə bankdır”- deyə bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

Bank VTB (Azərbaycan)-da çin yuanından başqa rubl,dollar, avro və funt sterlinqdə hesablaşma-kassa xidmətləri təklif edir.
 

OXŞAR XƏBƏRLƏR

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...