\"Bu Azərbaycanın Fransaya son ultimatumudur\" - Minsk qrupundan çıxarılır?
11:16 / 01.05.2021
3105
"Fransanın Minsk qrupundan çıxarılması üçün Milli Məclis Hökumətə müraciət edib".
Sfera.az-ın məlumatına görə, bunu Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.
Politoloq qeyd edib ki, müraciətə Fransa parlamentinin yaxın günlərdə qərarından sonra baxılacaq:
"ATƏT-in Minsk qrupu Fransa üçün çərçivədir. Əks təqdirdə Paris Dağlıq Qarabağım müstəqilliyini tanıya bilər. Ona görə tələsməyəcəyik".
Z.Məmmədovun sözlərinə görə, Fransanın Minsk qrupundan çıxarılması məsələsinin gündəmə gətirilməsi Parisə son ultimatum və təzyiqdir.
Günay
Sfera.az