\"Bu Azərbaycanda teatr sənətinin məhvi olacaq\" - Sənubər İsgəndərlidən etiraz

\
"TƏBİB-də kimin teatrla maraqlanıb maraqlanmadığını, sevib sevmədiyini bilmirəm. Soruşanda deyəcəklər ki "Vaxt var?”.  Bizdə onsuz da bir çoxlarının mədəniyyətə vaxtı və marağı yoxdur”.
 
Sfera.az bildirir ki, bunu əməkdar artist Sənubər İsgəndərli deyib. 

Aktrisa qeyd edib ki, bu sənətə ömrünü verən, onu yaşadan sənətkarlar və onun yolunu gözləyən, sevən tamaşaçılar var:

"Bir ildir teatrlar bağlıdır. Belə davam edərsə,  bu teatr sənətinin məhvi olacaq. Demirəm teatrlar açılan kimi tamaşa oynanılsın, tamaşaçı gəlsin, onsuz da bu mümkün deyil. Amma yeni tamaşaların məşqinə başlaya bilərdik ki, sabah teatrın pərdələri açılanda tamaşaçılarımızın qarşısına çıxa bilək. Ümid edirəm ki, TƏBİB bunları nəzərə alacaq”.

S.İsgəndərli həmçinin bildirib ki, bununla bağlı TƏBİB-dən də cavab gəlib:

"Qurumun mətbuat xidmətindən mənlə əlaqə saxlayıb bildirdilər ki, biz sırf tibbi məsələlərlə məşğuluq. Qapanma və digər tədbirlər Operativ Qərargahın səlahiyyətindədir. Nə deyirəm?! Ümid edək ki, qərargah səsimizi eşidib, teatrların açılması üçün qərar verər”.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...