“Bu, axmaqlıq və ehtiyatsızlıqdır” – Rusiya Dövlət Dumasında Tokio olimpiadası sərt tənqid edildi

“Bu, axmaqlıq və ehtiyatsızlıqdır” – Rusiya Dövlət Dumasında Tokio olimpiadası sərt tənqid edildi
Dövlət Dumasında rusiyalı idmançının yoluxmasında yaponları günahlandırıblar.

Sfera.az-ın pravda.ru-ya istinadla məlumatına görə, avqustun 4-də məlum olub ki, koronavirusa yoluxan rusiyalı karateçi Anna Çernışyova Tokioda keçirilən Olimpiya Oyunlarından uzaqlaşıb. Çernışyova  Olimpiya proqramının yeni növündə Rusiyanı təmsil edən yeganə nümayəndədir. Dövlət Dumasının deputatı İqor Lebedev "Çempionat" nəşrinə verdiyi müsahibədə mövcud vəziyyəti şərh edib.

Siyasətçi hesab edir ki, nə Çernışyova, nə də məşqçisi yoluxmanın vaxtını, yerini və kiminlə təmasdan yoluxa biləcəklərini əvvəlcədən proqnozlaşdıra bilməzdilər. Lebedevin fikrincə, günah birmənalı şəkildə Olimpiya Oyunları iştirakçılarını infeksiyadan qoruya bilməyən turnir təşkilatçılarındadır:

"Bütün dünya koronavirusla mübarizə apardığı bir vaxtda belə yüksək səviyyəli beynəlxalq idman yarışlarının keçirilməsi axmaqlıq və ehtiyatsızlıqdır”.
Lebedev həmçinin Olimpiadanın tamaşaçısız, yarışların səsiz-sədasız keçirilməsindən narazılığını ifadə edib. Deputatın fikrincə, idman yarışları ilk növbədə azarkeşlərə lazımdır.
 
Selcan
Sfera.az

OXŞAR XƏBƏRLƏR