Bu avtobusların hərəkət sxemi dəyişdi - FOTO
10:43 / 25.01.2021
865
Bakıda iki avtobusun hərəkət sxemi müvəqqəti olaraq dəyişir.
Bu barədə Sfera.az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər.
Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edildilib. Bu səbəbdən 161 və 191 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ yolla təşkil edilib.