"Bu aparıcılar və müğənnilər mavidir, geydir" - Elşad Xose sirləri açdı

"Qonağın, aparıcının, prodüserin, stilistin və hamısı geydi. Kimlə gəlib verilişdə söhbət edəsən? Və orda gəlib nə barədə danışasan”.

Sfera.az Lent.az-a istinadən xəbər verir ki, bu sözləri reper Elşad Xose canlı yayımda deyib. O, efirlərə pul müqabilində çıxmasını belə əsaslandırıb:

"Yeni çıxan ifaçılar sənətə gələndə böyük pullar tökürlər. Bunu hamısı edib. Həmkarlarımın bunu səbəb gətirərək fikir bildirmələrinin tərəfdarı deyiləm. Mən onlardan fərqli olaraq pul xərcləməmişəm. Ümumiyyətlə, efir düşkünü olmamışam. Hər zaman efirlərdən qaçmışam.

Mədəniyyət aləmində siz nadir hallarda mənim kimi insan görə bilərsiniz. Bu nə yaxşı, nə də pisdir. Bu, sadəcə faktdır. Mən verilişlərdə oxumuram. Danışmağa üstünlük verirəm. Amma nədən danışacam?

Cavanlıqda qələt edib bir narkotik mövzum olub, bu günə qədər onu müzakirə edirsiz. İnsanlara bu maraqlı deyil. O qədər problemlər var ki, onlar barədə danışın. Xahiş edirəm, daha bu mövzunu yığışdırın. Bu mövzuda mənə dəstəyə də ehtiyac yoxdur. Lazım gələrsə, özüm kimə lazımdırsa, dəstək ola bilərəm”

OXŞAR XƏBƏRLƏR