Bu adaya köçənlərə 500 avro veriləcək
17:37 / 04.07.2019
3165
Yunanıstanın Çuha adasına köçənlərə hər ay 500 avro pul ödəniləcək.
Bələdiyyə başçısı Andreas Çarçalakis Çuha adasında əhalinin sayını artırmaq üçün bu qərara gəldiklərini deyib:
"Ada çox gözəldir. Bir neçə gün əvvəl buraya 3 uşağı olan ailə köçdü və adamız bu uşaqların sayəsində şənləndi. Adamıza daha 3 gənc ailə axtarırıq”.
Hazırda adada cəmi 24 nəfər yaşayır.
unikal.org